Çərşənbə , İyun 10 2026
azfa

Urmiya gölünün qurudulma prosesi sürətlənib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi Urmiya gölünü qurtarmağa vədlər versə də, əksinə gölə axan çayların qarşısını kəsərək gölü qurutmaqda davam edir. Son aylarda isə Urmiya gölündə qurudulma prosesi sürətlənib.

Bu məsələyə Şərqi Azərbaycanda Gölməçələr üzrə məsul şəxs Yədulla Azərhava da dolayı yolla etiraf edib.

Yədulla Azərhava deyib: “Cari ildə may ayının 4-dək Urmia gölündə suyun səviyyəsinin tarazlığı ötən ilin eyni dövrü ilə müqayisədə 21 santimetr aşağı düşüb. Hazırda suyun səviyyəsi tarazlığı 1270.76 metrdir, bu rəqəm ötən ilin eyni dövründə 1270.97 metr olub”.

Azərhavanın sözlərinə görə, Urmiya gölünün su hövzəsinin sahəsi kiçikməklə yanaşı göldə suyun həcmi də azalıb. Belə ki, “hazırda Urmiya gölünün sahəsi 2299.77 kv. km-dir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 240.35 kv. km kiçilmə deməkdir. Göldə suyun həcmi isə hazırda 2.03 mlrd. kubmetrdir. Bu rəqəm göldə uzun müddət müşahidə olunan orta hesabla müqayisədə 14.24 mlrd kubmetr azalma göstərir”.

 

Həmçinin yoxlayın

ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir

GADTB: “The New York Times” qəzeti xəbər verir ki, ABŞ və İran nüvə sazişi danışıqları …

Urmiyada mərhum ustad İsa Nəzərinin vəfatının qırxı mərasimi keçirilib- Video

GADTB: Tanınmış jurnalist və Azərbaycan milli fəallarından biri olan mərhum İsa Nəzərinin vəfatının qırxıncı günü …

Bir cavab yazın