GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində azərbaycanlı fəal əlində “Azərbaycanın ürəyi ölür” yazılı pankartı tutaraq əhalinin diqqətini rejimin törətdiyi ekoloji fəlakətə yönəltmək istəyib.
Qeyd edək ki, molla rejimi Urmiya gölünə axan çayların qarşısını almaqla Urmiya gölünü qurudub.
Urmiya gölünün son peyk görüntüləri göstərir ki, 2021-ci ilin noyabrında gölün sahəsi təxminən 900 kvadrat kilometr azalıb və bu azalma sonrakı illərdə də davam edib, 2023-ci ilin noyabrına qədər gölün suyunun səviyyəsi daha da azalıb və tamamilə məhv olmaq üzrədir.