Urmiyada tanınmış azərbaycanlı fəal Yusif Dəstanın dəfn mərasimi keçirilib

GADTB: Azərbaycan Milli Hərəkatının Urmiyadakı ağ saqqallarından Yusif Dəstanın dəfn mərasimi Urmiyə şəhərində keçirilib. Mərasimdə milli hərəkat fəalları, mədəniyyət nümayəndələri və çoxsaylı şəhər sakinləri iştirak ediblər.

Mərhum Yusif Dəstan Cənubi Azərbaycan milli hərəkatının tanınmış simalarından biri, həmçinin Urmiyənin ictimai və mədəni çevrələrində seçilən fəallardan hesab olunurdu.

Qeyd edək ki, onun vəfat xəbəri yayıldıqdan sonra bir çox fəal və vətəndaş sosial şəbəkələrdə paylaşım edərək başsağlığı verib, onun milli-mədəni fəaliyyətlərini yad ediblər.

Yusif Dəstan uzun illər ərzində Azərbaycan kimliyi, mədəniyyəti və ictimai məsələlərlə bağlı fəaliyyət göstərən tanınmış simalardan biri kimi yadda qalıb.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …