Çərşənbə , İyun 10 2026
azfa

Vətən müharibəsindən sonra 422 Azərbaycan vətəndaşı mina qurbanı olub

GADTB: “Azərbaycanda minalar hələ də insanların həyatını itirməsinə səbəb olur. Aprelin 14-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində tank əleyhinə minaya düşərək həlak olub”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, bu faciə minaların yaratdığı davamlı humanitar təhlükəni və azad edilmiş əraziləri təhlükəsiz etmək üçün çalışan insanların hər gün üzləşdiyi riskləri bir daha göstərir.

“2020-ci il müharibəsindən sonra indiyədək 422 Azərbaycan vətəndaşı mina qurbanı olub. Minatəmizləmə işlərinin genişləndirilməsi üçün beynəlxalq dəstəyin artırılmasına təcili ehtiyac var”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, bu gün işğaldan azad edilmiş Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi ərazisində mina hadisəsi baș verib.

ANAMA əməkdaşı 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində əməkdaş həyatını itirib.

Həmçinin yoxlayın

Vaşinqton İrana qarşı dəniz mühasirəsini gücləndirir

GADTB: Fox News tərəfindən yayımlanan görüntülərə əsasən, ABŞ İrana qarşı tətbiq etdiyi dəniz mühasirəsini davam …

İranın son hücumları zamanı ABŞ bazaları və qüvvələri zərər görməyib

GADTB: Adı açıqlanmayan bir ABŞ rəsmisi Reuters agentliyinə bildirib ki, İranın raket və pilotsuz uçuş …