Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Dron hücumları nəticəsində Tehran küçələrində Basici qüvvələri hədəfə alınıb – Video

GADTB: Fars xəbər agentliyi çərşənbə axşamı gecəsi Tehran şəhərində gecə növbəsində xidmət edən bir sıra hökumət əməkdaşlarının dron hücumları nəticəsində həlak olduğunu təsdiqləyib.

Agentliyin məlumatına görə, qeyri-rəsmi mənbələr hücumlar zamanı təxminən 10 hökumət əməkdaşının öldüyünü bildiriblər. Bu, İranın rəsmi mediada ilk dəfə olaraq hökumətin hərbi qüvvələrinin Tehran küçələrində hədəfə alınıb öldürüldüyünü açıqlaması kimi qeyd olunur.

Fars agentliyi yazır ki, çərşənbə gecəsi dron hücumları zamanı hökumət qüvvələri aşağıdakı bölgələrdə birbaşa hədəfə alınıb:

Rayon 14: M’h’llati prospekti, Tehran

Rayon 15: Haş;mabad benzin doldurma məntəqəsinin qarşısı, Tehran

Rayon 16: Fədaian İslam küçəsi, Tehran

Rayon 1: “rte. Bulvarı sonu, Tehran

Bildirilib ki, dronlar həmçinin aşağıdakı ərazilərdəki nəzarət məntəqələrini hədəfə alıb:

Həft Tir

Şəhərk Qərb

S[hr’vərdi

Mehrabad

Abbasabad

Kərimxan

Kərəc

Məlumatlara görə, hücumlarda istifadə olunan dronların İsrail mənşəli olduğu bildirilir.

https://t.me/GADTB1/50225

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …