Şənbə , Aprel 20 2024
azfa

Xələc türkləri

GADTB: Xələclər Güney Azərbaycanda, Əfqanıstanda, Pakistanda və digər və digər ölkələrdə məskunlaşan türkköklü xalqdır. Dilləri Altay dil ailəsinin Türk dilləri qrupunun Arqu yarımqrupuna aiddir. Güney Azərbaycandan başqa məskun olduqları ölkələrdə demək olar ki, assimilyasiyaya uğramışlar. Xələclər hazırda Azərbaycan türkləri ilə qarışsada, öz dillərini qoruyub saxlaya bilmişlər. Xələclər Güney Azərbaycanda Mərkəzi ve Qum ostanlarında məskunlaşmışdır. Xələclərin sayı 2010-cu ildəki hesablamalara görə 48,000 nəfərdir. Dili Türk dili, dini isə İslam dinidir. Xələclərin adı böyük türk alimi Mahmud Kaşğarlının Divani Lüğəti Türk əsərində boy adı bele verilir:

İyirmi ikilər onları türkcə kal aç adlandırıb, yəni ac qal deməkdir. Sonralar bu ifadeye Xalaç deyilmişdir, əsilləri budur.

Oğuz dastanında Xələc sözünün bir Türk boyunun adı olaraq görürlər və ac qalmaq sözlərindən törətdiyi bildirilir.

Dəstcərd Güney Azərbaycanda Qum ostanında yerləşən Qum şəhərinin Xələcistan bölümümdə şəhərdir və bu bölümün mərkəzidir. Əhalisinin sayı 1,121 nəfər, 351 ailədən ibarətdir. Xələclər bundan başqa Dəstcərd qəsəbəsində yerləşən Mocan kəndində, Güney Azərbaycanda Mərkəzi Ostanın Aştiyan şəhərində, Qərəkan qəsəbəsində yerləşən Səqərcuq kəndində, Ərak şəhərinin Zamencan kəndində yerləşmişlər. Xələc şəhəri Qərbi Azərbaycan Ostanının Sayınqala şəhərində Kəşavərz bölümündə kənddir. Xələclər bu ərazilərin əsas əhalisini təşkil edir və Xələc türkcəsində danışırlar. Quzey Azərbaycanda Şərur rayonunda Xələc abidəsi yerləşir. Quzey Azərbaycanın Qubadlı, Salyan, Ucar, Şərur rayonlarında Xələclər adlı kəndlər vardır. Parça Xələclər Salyanda yerləşən kənddir. Zəngəzur mahalının Qafan rayonunda Xələc kəndi yerləşməkdədir. Xələc sülaləsi 1290-1320 – ci illərdə Dehlidə hökmranlıq etmiş türk xanəndanlığıdır.

Nicat Kamaloğlu

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın