Cümə axşamı , Mart 28 2024
azfa

Xamenei türk bölgələri millət vəkilləri fraksiyasının yaranmasına mane oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin rəhbəri Əli Xamenei may ayının 27-də işə başlayan İranın 11-ci parlamentinin açılış mərasiminə göndərdiyi mesajında qeyri-farsları, xüsusilə Azərbaycan türk millətini özünə və rejimə təhlükə kimi dəyərləndirmişdir.

Xameneyi müraciətində “sağlıqsız etnik və regional qruplaşmaları” parlamentə zərər verən əsas amillərdən biri kimi dəyərləndirmişdir. Bununla Xamenei 10-cu çağırış məclisdə 100 millət vəkilindən ibarət türk bölgələrin millət vəkilləri fraksiyasının yaranmasını çətinləşdirib və birdəfəlik bu fraksiyanın yaranmasına mane oldu.

Seyyid Əli Xameneyinin müraciətindən sonra, Türk Fraksiyasının yenidən gündəmə gəlməsi mümkün olmasa da parlamentin işə başlaması ilə bərabər, İranın “Şimal-qərb Millət Vəkilləri Birliyi” fəaliyyətini bərpa edib.

Şimal-qərb Millət Vəkilləri Birliyinin birinci iclası Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərinin İran Parlamentindəki 41 millət vəkilindən 34-ünün iştirakı ilə mayın 26-da keçirilib. İclasda Ərdəbil millət vəkili Əli Nikzad və Təbriz millət vəkili Məhəmmədrza Tacəddininin parlamentin idarə heyətinə seçilməsinin dəstəklənməsinə dair qərar qəbul edilib.

Bununla bərabər 10-cu parlamentin idarə heyətində türk deputatlar daha yüksək nüfuza malik idilər. Təbriz millət vəkili Məsud Pezeşkiyan 10-cu parlamentin sədrinin birinci müavini vəzifəsində çalışırdı. O, eyni zamanda Türk Fraksiyasının başqanı idi. İslahatçı qruplara yaxın bir siyasətçi kimi tanınan Pezeşkiyan yenə parlamentdədir. Onun mühafizəkarların əksəriyyətdə olduğu 11-ci parlamentdə o qədər də aktiv rol oynayacağı gözlənilmir.

Bəzi şərhçilərə görə, “Şimal-qərb Millət Vəkilləri Birliyi” bir şəkildə “Türk Bölgələri Fraksiyası”nın funksiyasını yerinə yetirməkdədir. Lakin, Türk Fraksiyası Qərbi, Şərqi Azərbaycan. Zəncan və Ərdəbil vilayətlərindən əlavə Həmədan, Tehran, Qəzvin, Qum, Əlburz, Fars, Şimali Xorasan, Rəzəvi Xorasan, və İsfahan kimi vilayətlərdən olan təqribən 100 türk vəkilin iştirakı ilə təşkil edilmişdi.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …

Bir cavab yazın