GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünya müsəlmanlarının himayədarı kimi özünü qələmə verən İranın dini rəhbəri Xamenei Zəngəzur dəhlizinə görə işğalçı Ermənistanı himayə edərək Azərbaycanı yenidən hədələdi.
Xamenei öz Tvitter hesabında Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutaraq hədələyici tonda yazıb
“İslam Respublikası İran-Ermənistan sərhədinin bağlanmasına səbəb olacaq siyasət və ya planlara dözməyəcək”.
Qeyd edək ki, iki gün əvvəl də Türkiyə prezidenti ilə görüşdən sonra Əli Xameneyi “Biz Qarabağın Azərbaycana qayıtmasına sevinirik. Amma əgər İran-Ermənistan sərhədinin bağlanması siyasəti olarsa, İran buna qarşı çıxacaq. Ona görə ki, bu sərhəd bir neçə min illik əlaqə yoludur”-deyə, yazmışdı. Xamenei həmçinin Ərdoğanla görüşdə açıq şəkildə Suriyada PKK terror qruplaşmasını Türkiyəyə qarşı dəstəkləmişdi.