Çərşənbə axşamı , May 26 2026
azfa

Xiyavda Urmiya gölü ilə bağlı posterlər yapışdırıldı; Urmu gölü can verir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xiyav (Meşgin) şəhərində Urmiya gölünün qurudulması etiraz olaraq aksiya keçirilib.

Azərbaycanlı fəallar Urmiya gölünün şəklinin əks edildiyi çoxsaylı posterlər hazırlayaraq Xiyovda divarlar və müxtəlif yerlərə yapışdırmaqla gölün qurudulmasına diqqət yönəltmək istəyiblər.

Azərbaycanlı fəalların hazırlayıb divarlara yapışdırdığqları posterlərdə “Urmu gölü can verir” şüarı əks etdirilmişdir. Həmçinin posterlərdə “Urmiya gölünün quruyacağı təqdirdə Azərbaycan şəhərlərinin xarabalığa çevriləcəyi, quraqlıq olacağı və köç başlayacağı” cümlələri də əks etdirilmişdir.

Qeyd edək ki, irqçi fars rejim Azərbaycanla düşmənçilik məqsədi Urmiya gölünü qurudur. Bu isə Azərbaycanı xarabaya çevirəcək. Azərbaycanlı fəalların etirazı nəticəsində irqçi fars rejim gölü bərpa edəcəyinə söz versə də, öz sözünü tutmayıb və əksinə körfəz və Xəzərdən farslar çöllərinə su çəkməklə məşğuldur.

Həmçinin yoxlayın

Tramp: İranla danışıqlar yaxşı irəliləyir, İran İbrahim Razılaşmalarına qoşulacaq

GADTB: Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və mümkün razılaşmanın region …

Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə (Səhər) vəfat edib

GADTB: Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə 74 yaşında İsveçin Malmö şəhərində vəfat edib və qürbətdə …