GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın antiislam rejimi iyulun 16-da Güney Azərbaycan şəhərlərində müsəlman Azərbaycana xristian Ermənistanın təcavüzünü pisləmək məqsədilə keçirilən mitinqlərdə iştirak edənlərə divan tutub və yaxaladığı onlarla azərbaycanlıdan Həkimə Əhmədini həbsə atıb, terrorçu sepahın təcridxanasında işgəncə etdikdən sonra 100 milyon tüməndək mülki vəsiqə qarşılığında müvəqqəti zaminə buraxıb.
Azərbaycanlı xanım fəal dünən mülki vəsiqə qarşılığında müvəqqəti sərbəst buraxılıb.
Azərbaycanlı fəal xristianların müsəlmanlara hərbi təcavüzünü pislədiyinə görə “Milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq” və “ictimai asayişi pozmaq”da günahlandırılıb. Görünür antiislam İran rejimi üçün xristianların müsəlmanlara hərbi təcavüzünü pisləmək “Milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq” və “ictimai asayişi pozmaq” anlamına gəlir.
Qeyd edək ki, Ermənistanın Tovuz istiqamətində Azərbaycan ərazisinə hücumundan sonra iyulun 16-da azərbaycanlı milli fəallar Azərbaycan Respublikasının Təbrizdəki Konsulluğu və Ermənistanın Tehrandakı səfirliyinin önündə, həmçinin Urmiya, Zəncan, Sulduz, Ərdəbil və s. şəhərlərin bəzi meydanlarında Azərbaycana dəstək mitinqləri keçirməyə cəhd etdilər. Hər il erməniləri təşkilatlandırıb Türkiyə və Azərbaycana qarşı mitinqə çıxaran antiislam İran rejimi Xocalı soyqırımı və Azərbaycana təcavüzlə bağlı bütün tədbirlərə vəhşicəsinə divan tutmuşdur. Bu dəfə də Azərbaycanlı fəalların dinc mitinqinə divan tutulub və onlar yaxalanaraq zindanda işgəncə edib.