Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Yağıntıların 67% artmasına baxmayaraq Urmiya gölünün sahəsi kiçilib

GADTB: Qərbi Azərbaycan Su Resursları Regional Şirkətinin baş direktoru Məcid Rəstgarinin açıqlamasına görə, bu il 19 bəhmən tarixinədək Urmiya gölünün sahəsi 870 kvadrat kilometr olaraq qeydə alınıb. Halbuki ötən ilin eyni dövründə gölün sahəsi 940 kvadrat kilometr idi. Bu da rəsmi hesabatlara əsasən gölün ötən illə müqayisədə kiçildiyini göstərir.

Rəstgari həmçinin bildirib ki, cari su ilində qeydə alınan yağıntı miqdarı 190,8 millimetr olub və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 67 faiz artım deməkdir.

Məsələ isə budur: yağıntılar 67 faiz artsa da, gölün sahəsi necə 70 kvadrat kilometr azala bilər?

Bu açıq ziddiyyət bir daha diqqətləri su resurslarının idarə olunmasına və Urmiya gölünün bərpası siyasətlərinə yönəldir. İllərdir böyük büdcələr, geniş vədlər və təbliğatlarla müşayiət olunan bərpa layihələrinə baxmayaraq, praktikada bu həyati su hövzəsinin kiçilməsinin qarşısı alınmayıb.

Həmçinin yoxlayın

Həbsdə olan azərbaycanlı həkim Həmid Qərəhəsənlinin səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Bir qrup həkim və tibb işçisi İran İslam Respublikasının məhkəmə hakimiyyətinə məktub göndərərək həbsdə …

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …