GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, YUNESKO-nun türklərin Yengün-Novruz bayramını türk dilində mahnı ilə təbriki mesajı irqçi farsları qəzəbləndirib və onlar YUNESKO-nun instaqram səhifəsinə hücum edərək nalayiq sözlər yazmışlar. Həmçinin İran adlanan ölkənin yarısının türklərdən ibarət olmasını nəzərə alan YUNESKO bu ölkəni türk ölkəsi kimi də qeyd edib.
Qeyd edək ki, türklərin qədim bayramı olan Yengigün orta əsrlərdə Səlcuqlu sultanı Məlikşah tərəfindən farscaya hərfi tərcümə ilə Novruz kimi tərcümə edilərək bölgədə yayılmışdır. Həmin dövrdən bu bayram daha çox Novruz bayramı şəklində adlandırılır.
YUNESKO-nun türk dilində mahnı ilə Novruz bayramını təbrik etdiyi videonu təqdim edirik: