Çərşənbə , Oktyabr 14 2026
azfa

Yürüş Mehrəlibəyli hazırda Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında saxlanılır

QADTB: Əldə olunan məlumatlara əsasən, Cənubi Azərbaycan milli hərəkatının tanınmış simalarından olan Yürüş Mehrəlibəyli hazırda Təbriz şəhərinin Kəşfiyyat İdarəsinin nəzarətində saxlanılmağa davam edir. Bildirilir ki, o, təkadamlıq kamerada tutulur və intensiv istintaq-dindirilmə prosesinə məruz qalır.

Məlumatlara görə, Mehrəlibəyli 15 dey tarixində Culfa Kəşfiyyat İdarəsi tərəfindən saxlanılmış, daha sonra isə Təbriz şəhərinə köçürülmüşdür. Məlumatlı mənbələr onun saxlanılması və istintaq prosesinin təzyiq şəraitində və hüquqi şəffaflıq olmadan davam etdirildiyini bildirirlər.

Eyni zamanda, daxil olan məlumatlar göstərir ki, son saxlanmalar yalnız Mehrəli­bəyli ilə məhdudlaşmır. Son günlər Cənubi Azərbaycanda milli fəallara qarşı yeni saxlanma dalğasının baş verdiyi qeyd olunur ki, bu da hərəkat üzvləri və tərəfdarları arasında ciddi narahatlıqlara səbəb olmuşdur.

Həmçinin yoxlayın

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …

Azərbaycanlı şair və həkim Aqşın Ağkəmərli vəfat edib

GADTB: Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan Güney Azərbaycandan olan folklorşünas, tədqiqatçı və yazıçı …