Bazar ertəsi , May 11 2026
azfa

Zəncan–Təbriz avtomagistralının bağlanmasından sonra alternativ yolda ağır tıxac əmələ gəlir

GADTB: Hücumlar nəticəsində nəqliyyat infrastrukturuna dəyən ziyan səbəbindən Zəncan–Təbriz istiqamətində hərəkət ciddi şəkildə pozulub və bu marşrut üzrə avtomagistral tam bağlanıb.

Məlumata görə, Zəncan–Təbriz yeni avtomagistralı Zəncan–Miyane hissəsində körpülərə və digər infrastruktura dəyən ziyan səbəbindən istifadəyə yararsız vəziyyətə düşüb. Bu səbəbdən nəqliyyat axını tamamilə köhnə yol (32 saylı magistral) üzərinə yönəldilib.

Nəticədə alternativ marşrutda, xüsusilə:

Bostanabad–Miyane aralığında, Qaraçəmən aşırımında çox güclü tıxac yaranıb və nəqliyyatın hərəkəti xeyli ləngiyib.

Eyni zamanda İran dəmir yolları şirkətinin rəsmisi bildirib ki, ölkə üzrə sərnişin və yük qatarlarının hərəkəti əksər istiqamətlərdə bərpa olunub. Lakin Zəncan–Təbriz dəmir yolu xətti bir körpünün dağıdılması səbəbindən hələ də bağlı qalır.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …