Şənbə , Aprel 18 2026
azfa

Zərif ABŞ-la müharibə təhlükəsinin yarandığını iddia etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin xarici işlər naziri Məhəmməd Cavad Zərif iddia edib ki, terrorçu başı Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ-la İran müharibəyə çox yaxınlaşmışdı.

O deyib:

“Döyüş meydanında Süleymaniyə müqavimət göstərə bilmədilər, buna görə gecənin qaranlığında pilotsuz uçuş aparatı (PUA) vasitəsi ilə atəş açdılar. Müharibəyə çox yaxın idik. İran, Süleymaniyə qarşı əməliyyatın keçirildiyi hərbi bazaya hava zərbələri endirdi”.

Nazir həmçinin iddia edib ki, ABŞ-a göstərmək istəyirdik ki, Amerika İranı təqib edilə bilməz və ölkəmizə qarşı hər hansı bir hərəkət cavabsız qalmayacaq. Hesab edirəm ki, ABŞ administrasiyası İranla əlaqəli yanlış təsəvvürlərin və məlumatların nəticələrindən əziyyət çəkir. İnanıram ki, bu fəlakətə səbəb olacaq”.

Həmçinin yoxlayın

İran-ABŞ danışıqları bazar ertəsi günü keçiriləcək

GADTB: CNN telekanalı İran mənbələrinə istinadən verdiyi məlumata görə, Tehran və Vaşinqton arasında danışıqların növbəti …

Molla rejimin həbs etdiyi türkmən gənc Sağər Qulami girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: İran Məhkəmə Hakimiyyətinin Media Mərkəzi 19 yaşlı gənc türkmən xanım ötən ilin dey ayında …

Bir cavab yazın