Bazar , Oktyabr 18 2026
azfa

Zənganda azərbaycanlı fəal Səfiyə Qarabaği həbs edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın Zəngan şəhərində yaşayan qadın haqları müdafiəçisi və mədəni fəal Səfiyə Qarabağini həbs edib.

Azərbaycanlı fəalın özünün iş yerində saxlandığı, telefonu, kompüteri və başqa şəxsi əşyalarının müsadirə edildiyi bildirilir.

Səfiyə Qarabağinin hara aparıldığı və nədə ittiham olunduğu barədə məlumat verilməyib.

Qeyd edək ki, azərbaycanlı fəal Səfiyə Qarabaği bundan öncə də həbs və təzyiqlərlə qarşılaşıb.

Həmçinin yoxlayın

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …

Köçəri kürdlər Miyandabın «Ümidafərin» komandasının futbolçularına hücum edib – Video

GADTB: Qərbi Azərbaycan vilayətinin liqa oyunları çərçivəsində Miyandabın «Ümidafərin» və «Ronahi» komandaları Urmiya stadionunda qarşılaşıblar. …