Ərdəbildə əhali irqçi fars rejiminin Kuruş və Canbo mağazalar şəbəkəsinə etiraz etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildə Azərbaycan türkləri irqçi fars rejimi tərəfindən açılan və mənfəəti farslara qalan Kuruş və Cambo mağazalar şəbəkəsinin açılmasına etiraz ediblər. Bir qrup azərbaycanlı fəal toplaşaraq rejim tərəfindən yerli əhalinin mağazalarının iflasa uğradılması məqsədilə açılan rejmin mağazalarına kəskin etiraz ediblər.

Ərdəbil şəhərində Kuruş və Cambo mağazalarının önündə keçirilən aksiyalarda əhali üzərində “Bizim şəhərə zavod lazımdır Kuruş və Cambo mağazası yox” və s. şüarlar yazılmış baner açıblar. Fəallar beləliklə rejimə öz etirazlarını bildiriblər.

Qeyd edək ki, irqçi fars rejimi Güney Azərbaycan şəhərlərində Kuruş və Cambo mağazalarını açmaqla həm türklərdən türklərə qarşı pul qazanmaq istəyir, həm də yerli əhalinin bazarını kasad edib, onları iflasa uğratdırır.

Həmçinin yoxlayın

Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb

GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam …

Molla rejimi körfəzdən keçən gəmilərdən qazanc məqsədilə Hörmüz boğazı üçün “Hormuz Safe” sığorta saytını açıb

GADTB: İran Hörmüz boğazından keçən gəmilər və dəniz yükləri üçün nəzərdə tutulmuş yeni ixtisaslaşmış sığorta …

Bir cavab yazın