Şənbə , İyul 11 2026
azfa

Әrdoğan Türkiyənin Ahıska türklәrini dәstәklәmәyә davam edәcәyini bildirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Ahıska türklәrini dәstәklәmәyә davam edәcәklәrini deyib.

Rәcәb Tayyib Әrdoğan on minlәrlә Ahıska türkünün Gürcüstandakı yurd-yuvalarından didәrgin düşmәsinin 75-ci ildönümü münasibәtilә Xaricdә Yaşayan Türklәr vә Әqraba Topluluqları İdarәsi tәrәfindәn tәşkil edilәn tәdbirdә iştirak edib.

Tәdbirdә çıxış edәn Türkiyә prezidenti 75 il әvvәl qәflәtәn yurd-yuvalarını tәrk etmәk mәcburiyyәtindә qalan Ahıska türklәrinin öz evlәrinә qayıtmaq üçün haqlı mübarizә apardığını bildirib. Rәcәb Tayyib Әrdoğan bildirib ki, Türkiyә beynәlxalq hüquq normaları çәrçivәsindә Ahıska Türklәrini dәstәklәmәyә davam edәcәk.

Әrdoğan hәmçinin qeyd edib ki, inşallah hәm Gürcüstan orqanları, hәm dә Avropa Şurası ilә bu çәrçivәdәki fәaliyyәtlәrimizi davam etdirәcәyik.

Həmçinin yoxlayın

ABŞ-ın maliyyə naziri: Xamenei şəbəkəsinin aktivlərini İran xalq üçün qoruyacağıq

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent Müctəba Xamenei ilə əlaqəli maliyyə şəbəkəsi və iş adamı …

İranda bu il minlərlə qadın saxlanılıb

GADTB: İranda insan haqları təşkilatı – HENGAW verib ki, 2026-cı ilin ilk yarısında İranda 5 …

Bir cavab yazın