Ərdəbildə molla rejimin həbs etdiyi azərbaycanlı milli fəallara dəstək aksiyası keçirilib

GADTB: Azərbaycan Milli Hərəkatının Ərdəbildəki bir qrup fəalı Təbrizdə həbsdə olan Azərbaycan Milli Hərəkatının fəallarına dəstək məqsədilə plakatlar çap edərək  divarlara yapışdırıblar. Onlar beləliklə azərbaycanlı fəallara azadlıq tələb ediblər.

Ərdəbil şəhərində yayılan plakatlarda “Azərbaycan Milli Hərəkatı – Ərdəbil” və “Azərbaycana qarşı çirkin əməliniz unudulmayacaq” yazıları ilə birlikdə Azərbaycan Milli Hərəkatının həbsdə olan fəallarının şəkilləri çap olunub.

Qeyd edək ki, son bir neçə ay ərzində Güney Azərbaycanın Təbriz, Qoşaçay, Ərdəbil, Urmiya, Binab və başqa şəhərlərində çox sayda azərbaycanlı fəal həbs edilib.

Fəalların bəzilərinə qarşı saxta ittihamlar irəli sürülüb, uzunmüddətli həbslərinə zəmin yaradılır.

Həmçinin yoxlayın

Sayın Mikayıl bəy Oyta rəsmi dəvətlə 11-ci ICMG Qonşuluq İftarında iştirak edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi …

ABŞ molla rejimin himayə etdiyi Yəmən husilərini bombalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Prezidenti Donald Tramp orduya Yəməndə husilərə qarşı …