Çərşənbə , Oktyabr 14 2026
azfa

Ərdəbildə toy məclisinə görə şadlıq sarayı möhürləndi, sahibi saxlanıldı

GADTB: Ərdəbil şəhərinin prokuroru bu şəhərdə fəaliyyət göstərən bir şadlıq sarayının “qarışıq toy mərasimi keçirilməsi” səbəbi ilə möhürləndiyini, müəssisənin sahibinin isə saxlanıldığını açıqlayıb.

Məlumata görə, Cəlal Afaqi iddia edib ki, sözügedən müəssisədə son günlərdə “qarışıq və normalara zidd” hesab edilən toy mərasimləri təşkil olunub.

Onun sözlərinə görə, şadlıq sarayında yalnız qarışıq mərasim keçirilməsi deyil, həm də digər qanun pozuntularının qeydə alındığı bildirilib. Prokuror qeyd edib ki, məsələ barədə məlumat əldə etdikdən sonra hadisə yerinə gedərək müəssisənin möhürlənməsi barədə göstəriş verib.

Açıqlamaya əsasən, müəssisənin fəaliyyəti dayandırılıb və sahibi hüquqi araşdırma aparılması üçün məhkəmə orqanlarına təhvil verilib.

Cəlal Afaqi əlavə edib ki, ictimai məkanlarda qüvvədə olan qaydalara əməl olunmalıdır və kafelər, qəhvəxanalar, şadlıq sarayları, restoranlar və digər xidmət obyektlərində qanun pozuntuları aşkar edilərsə, tədbirlər görüləcək.

Məlumatda hadisənin dəqiq tarixi, möhürlənən müəssisənin adı və saxlanılan şəxsin kimliyi barədə əlavə təfərrüatlar açıqlanmayıb.

Həmçinin yoxlayın

Azərbaycandan Fransa Xarici İşlər Nazirliyinin başçısının Azərbaycanı hədəf almasına etiraz

GADTB: Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun 13 oktyabr tarixində İqtisadi Əməkdaşlıq və …

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …