Şənbə , May 11 2024
azfa

Aylıq Arxivlər: Dekabr 2021

Türk Dövlətləri kosmosda əməkdaşlıq edəcəklər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın paytaxtı Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin kosmik agentlikləri və müvafiq qurumlarının ilk toplantısı keçirilib. Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) Bakıda təşkil etdiyi toplantıda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Macarıstan rəsmiləri iştirak ediblər. İclasda TDT üzvlərinin kosmik layihələri …

Ətraflı oxu »

ABŞ ekspertləri ölkələrinə Türkiyəni izləməyi tövsiyə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Öz sinfinin ən yaxşısı olan yerli və milli PUA-SİHA-ların qabiliyyəti dünyanın qabaqcıl ölkələri tərəfindən böyük hörmətlə qarşılanır. “Müharibə tarixi dəyişdi” sözləri ilə təriflənən türk silahları üçün ABŞ-dan çox təəccüblü açıqlama gəldi. ABŞ Müdafiə Nazirliyinin müşaviri, ehtiyatda  olan polkovnik-leytenant Scott Crino, Bayraktar SİHA-ların Suriya, …

Ətraflı oxu »

Monadi İranda rasizm nəticəsində 5 dilin tamamilə sıradan çıxdığına etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran məclisinin Təhsil, Tədqiqat və Texnologiya Komissiyasının sədri Əlirza Monadi İranda adlanan ərazidə 5 dilin tamamilə sıradan çıxdığına etiraf edib. O, 24 dilin isə sıradan çıxmaq təhlükəsi ilə qarşılaşdığını bildirib. Monadi həmçinin deyib ki, 42 il ərzində qeyri-fars xalqların dillərinin tədrisi ilə bağlı …

Ətraflı oxu »

İranın cinayətkar mollalar qadın aktyorlara geyiminə görə məhkəməyə şikayət ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Qumdakı cinayətkar molla tələbələr hicaba riayət etməyən İran sinemasının 15 qadın aktyoruna məhkəmədə şikayət ediblər. Mollar həmin 15 qadın aktyorun saçının və qulağının bir hissəsinin görünməsi, başa gül taxmaq və şlyapa papaqdan istifadə etməyi doğru-düzgün hicab taxmamaq kimi qiymətləndirib. Onların iddiasına görə, …

Ətraflı oxu »

Azərbaycana qarşı tarixi saxtakarlıqlar

GADTB: Siyasi məqsədlərlə Atropatenanın Arazdan cənubda göstərilməsinin bir səbəbi də növbə ilə Qarabağı, ardınca isə bütün Kür – Araz ovalığını türklərdən təmizləyərək ermənilərə hədiyyə etmək idi. Madam ki, Atropatena, yəni Azərbaycan Arazdan cənubda yerləşmişdir və antik müəlliflər Araz çayının Ərməniyyə(Ermənistan) ilə Atropatena (Azərbaycan) arasında sərhəd olduğunu, Albaniyanın isə Kürdən şimalda …

Ətraflı oxu »

İran rejimi türk adı Alparslana görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi türk adı olan Alparslan adına görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi verməkdən imtina edib. İki aydır doğulan azərbaycanlı körpəyə İran rejiminin faşist yanaşması nəticəsində doğum şəhadətnaməsi almaq mümkün olmayıb. Azərbaycanlı körpənin atası Mustafa Əvəzpur İran rejiminin Vətəndaş Vəziyyətlərinin …

Ətraflı oxu »

Urmiyada 26 Azər- Güney Azərbaycanda türkcə kitablarının yandırılması günü ilə bağlı türk dilində kitablar paylanıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən dekabrın 18-də azərbaycanlı milli-mədəni fəallar Pəhləvi rejiminin 26 Azərdə türkcə kitabları yandırmaqla Güney Azərbaycanda mədəni soyqırım törətdiyi münasibətilə Urmiyada uşaqlara türk dilində çox sayda kitablar payladılar. Aszərbaycanlı fəallar türk dilində nəşr olunan kitablar paylamaqla, fars şovinistləri tərəfindən türkcə kitabların yandırılması və Azərbaycana …

Ətraflı oxu »

Türk ölkələri Azərbaycan və Qırğızıstan strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayacaqlar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk ölkələri Azərbaycan və Qırğızıstan 2022-ci ildə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayacaqlar. Bu barədə Qırğızstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev mətbuata açıqlamasında verib. Onun sözlərinə görə, Azərbaycanla Qırğızıstan arasında münasibətlər daha yüksək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir. “Bundan əlavə, 2022-ci ildən bütün sahələrdə, xüsusən, təhsil …

Ətraflı oxu »

Azərbaycanlı siyasi məhbus Rza Vasiqi vəsiqə qarşılığında məzuniyyətə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbil zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Rza Vasiqi dünən dekabr ayının 18-də girov qarşılığında bir həftəlik məzuniyyətə buraxılıb. Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayan milli fəallar Əli və Rza Vasiqini 5 il həbsə məhkum edib. Əli Vasiqini …

Ətraflı oxu »

Türkiyənin yeni peyki orbitə buraxıldı – video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “TürkSAT 5B” süni peyki ABŞ-ın Florida ştatındakı “Cape Canaveral” kosmodomundan orbitə göndərilib. 42 dərəcə şərq orbitində xidmət göstərəcək peyk Türkiyənin peyk məlumat ötürmə qabiliyyətini 15 dəfədən çox artıracaq. “TürkSAT 5B” sabit peyklərdən 20 qat daha səmərəliliyə malikdir. Peykin manevr müddəti 35 ildən …

Ətraflı oxu »