GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Zəncan şəhərindən olan azərbaycanlı bloger Məhəmməd Moini mühakimə edib. Rejimin Zəncandakı İnqilab Məhkəməsi tərəfindən fəala 91 gün həbs cəzası əvəzinə, 3 milyon tümən cərimə ödəməyə məhkum edilib. Məlumata görə, azərbaycanlı bloger “hökumət əleyhinə təbliğat aparmaq”da ittiham edilib.
Ətraflı oxu »Aylıq Arxivlər: Oktyabr 2023
Türkiyənin “Togg” istifadəçiləri Cümhuriyyətin 100 illiyini qeyd etdilər
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin ilk yerli elektromobili olan “Togg” istifadəçiləri Cümhuriyyətin yaranmasının 100-cü ildönümünü Yavuz Sultan Səlim körpüsündə qeyd ediblər. Türkiyənin hər yerindən yüzlərlə “Togg” istifadəçisi öz maşını ilə bu bayramı qeyd etmək üçün İstanbula gəlib.
Ətraflı oxu »Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsunun iştirakı ilə Türkiyə Cümhuriyyətinin 100 illiyi festivalı keçirildi-Şəkil
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Qadın və İnsan Haqları departamentinin sədri Sara xanım Azərsun iştirakı, Avstraliya Azərbaycan Assosiasiyası və bir neçə Türk Assosiasiyasının …
Ətraflı oxu »Təbrizdə zavod işçiləri etiraz aksiyasına başladılar
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin “Şuniz” (Dadaş bəradər) zavodunun işçiləri etiraz aksiyası keçiriblər. Bu barədə Azad İşçilər Birliyi məlumat yayıb. Onlar əmək haqlarının ödənilməməsinə, işçi və qanunla nəzərdə tutulmuş hüquqlarının pozulmasına etiraz ediblər. Zavod rəhbərliyinin bundan əvvəl problemlərin həlli ilə bağlı vədlərinin özünü doğrultmadığını deyən işçilər aksiyanı …
Ətraflı oxu »Təbrizdə Urmiya gölünün qurudulmasına etiraz olaraq posterlər yapışdırıldı
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz şəhərində bir qrup azərbaycanlı milli fəal Urmiya gölünün qurudulmasına etiraz olaraq posterlər çap edərək, şəhərin müxtəlif yerlərində divarlara yapışdırdılar. Bununla da azərbaycanlı fəallar Urmiya gölünün qurudulmasına etiraz etməklə yanaşı Azərbaycan Milli Hərəkatının mühüm mesajlarını xatırladıblar. Azərbaycanlı milli fəallar Urmiya gölünün qurudulmasına qarşı …
Ətraflı oxu »29 Oktyabr; Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi
GADTB: Bu gün Türkiyə Respublikasının qurulmasının 100 illiyidir. 1923-ci il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib. İki il sonra – 1925-ci ildə bu günün türk dövlətinin yaranması günü kimi qeyd olması barədə qanun qəbul olunub. Türkiyə Respublikasının qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar …
Ətraflı oxu »Tiflis və Astana Orta Dəhlizlə bağlı saziş imzaladı
GADTB: Gürcüstan və Qazaxıstan Orta Dəhlizin inkişafı və səmərəliliyinin artırılması ilə bağlı saziş imzalayıb. Sənəddə dəhliz üzrə infrastrukturun inkişafı və nəqliyyat daşımalarının səmərəliliyinin artırılması istiqamətində yeni tədbirlər müəyyən edilib. Bu, həmçinin dəmir yolunda təhlükəsizliyi artıracaq, qlobal ticarət və nəqliyyatda Gürcüstan və Qazaxıstanın gələcək mövqelərinə müsbət təsir göstərəcək. Qeyd edilib ki, …
Ətraflı oxu »GADTB-nin 29 Oktyabr- Türkiyədə Cümhuriyyətin 100 illiyi münasibətilə bildirişi
GADTB: 29 oktyabr Türkiyədə Cümhuriyyətin qurulduğu gündür. Bu il Türkiyədə Atatürk tərəfindən Cümhuriyyətin elan olunmasından 100 il ötür. Əsasən dünyanın müstəmləkəçi dövlətlərinin Osmanlı dövlətinə hər tərəfdən hücuma keçməsi I Dünya müharibəsi dövründə böyük türk dövlətinin böyük hissəsinin işğalı ilə nəticələnmişdi. Belə ağır durumda Mustafa Kamal Atatürkün öndərliyində 1919-cu ilə mayın …
Ətraflı oxu »Qoşaçayda azərbaycanlı fəallara azadlıq tələb edildi
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qoşaçay (Miyandoab) şəhərində azərbaycanlı fəallara azadlıq tələb edilib. Bir qrup azərbaycanlı milli-mədəni fəal irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı fəallara azadlıq tələbilə divarlara şüarlar yazıblar. Onlar Güney Azərbaycanın Qoşaçay (Miyandoab) şəhərində bir neçə yerdə gənclər aşağıda göstərilən şüarları yazıblar: “Azərbaycanın siyasi …
Ətraflı oxu »Röya Zakirinin Təbrizdə rejimin ETTELAAT İdarəsində qanunsuz həbsi davam edir
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin Təbrizdə həbs etdiyi azərbaycanlı qız Röya Zakirinin rejimin ETTELAAT İdarəsində qanunsuz həbsi davam edir. Bəzi azərbaycanlı vəkillər məsələni diqqətdə saxlayıb və müəyyən ediblər ki, azərbaycanlı qızın dosyesi prokurorluqda qeydə alınmayıb və vəkilin dosyeyə baxması mümkün deyil. Qeyd edək ki, molla rejimin …
Ətraflı oxu »
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi