Cümə , İyun 28 2024
azfa

Gündəlik Arxivlər: İyun 20, 2024

Molla rejimi Təbriz Universitetinin öyrəncisi Ehsan Fəridini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbriz Universitetinin öyrəncisi Ehsan Fəridini mayın 19-da həbs edib. 21 yaşlı gənc Təbriz şəhərində rejimin Ümumi və İnqilab Məhkəməsinə çağırıldıqdan sonra həbs edilərək şəhərin mərkəzi həbsxanasına köçürülüb. Ehsan Fəridi Təbriz Universitetinin inşaat və istehsalat mühəndisliyi fakültəsinin tələbəsidir. Qeyd edək ki, …

Ətraflı oxu »

Türkiyə ABŞ-a silah satışı barədə müqavilə imzaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fransada keçirilən “Eurosatory” hərbi sərgisi çərçivəsində Vaşinqton və Ankara arasında hərbi müqavilə imzalanıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, saziş Türkiyənin MKE şirkəti ilə ABŞ-ın “Century Arms” şirkəti arasında bağlanıb. Sazişə əsasən, MKE ABŞ-a 30 milyon dollarlıq yüngül silahlar ixrac edəcək.

Ətraflı oxu »

Beynəlxalq Əfv Təşkilatı minlərlə siyasi fəalın qatilinin İrana qaytarılmasını pislədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Əfv Təşkilatı İranda siyasi qətllərin iştirakçısının İsveçdə azadlığa buraxılmasını pisləyərək, deyib ki,“Həmid Nurinin azad edilməsi İran hakimiyyətini cəsarətləndirdi”. Beynəlxalq Əfv Təşkilatı iyunun 18-də bəyanat yayaraq, İran və İsveç arasında məhbus mübadiləsi nəticəsində İsveçdə həbsdə olan keçmiş iranlı prokuror köməkçisi Həmid Nurinin azad …

Ətraflı oxu »

Human Rights Watch təşkilatı Çin hökumətinin Şərqi türküstanda 630 kəndin adını dəyişdirdiyini açıqlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Human Rights Watch-ın (HRW) hesabatında Çin hökumətinin Sincan Muxtar Bölgəsindəki (Şərqi Türküstan) 630 kəndin adını bu ərazilərin sakinlərini mədəni kimliklərindən uzaqlaşdıracaq şəkildə dəyişdirdiyini açıqlayıb. Məlumata görə, Çin hökuməti bu addımı İslam dini və ya uyğurların mədəniyyət və tarixi ilə bağlı atributları aradan qaldırmaq …

Ətraflı oxu »

Azərbaycan Fransanın Ermənistana verdiyi “Sezar”ları qarşı Türkiyədə MKE YAVUZ T-155 haubitsalarını ala bilər

GADTB: Hazırda Türkiyə SEZAR-la demək olar ki, eyni parametrlərə malik MKE YAVUZ T-155 haubitsalarını istehsal edir. Qardaş Azərbaycan da istənilən vaxt bu haubitsaları əldə edə bilər. Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar Ermənistanın Fransadan “Sezar” haubitsaları almaq …

Ətraflı oxu »

Molla rejimin həbs etdiyi daha 3 azərbaycanlı milli fəalın kimliyi məlum oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Tehran şəhərində həbs etdiyi daha 3 azərbaycanlı milli fəalın kimliyi məlum olub. Rejimin məmurları may ayının ortalarında Məhəmməd Əbdi İskanlu, Hüseyn Bərmah və Ümid Şahini həbs ediblər. Ümid Şahi bir neçə gün dindirildikdən sonra girov qarşılığında məhkəməyə qədər zaminə buraxılıb, …

Ətraflı oxu »

Kanada İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu təşkilat kimi tanıyıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kanadanın ictimai təhlükəsizlik naziri Dominik LeBlan, ədliyyə naziri Arif Virani və xarici işlər naziri Melani Colinin də qatıldığı mətbuat konfransında Kanadanın İran SEPAH-ı terror təşkilatı kimi tanıdığını rəsmən elan edib. “Hökumətimiz Cinayət Məcəlləsinə əsasən İslam İnqilabı Keşikçiləri Korpusunun terrorçu təşkilatlar siyahısına salınması barədə …

Ətraflı oxu »