GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qəzvin bölgəsində dövlət şirkətinin aldadılmış səhmdarları etiraz aksiyası keçiriblər. “Rezayət Khodro” avtodiler şirkətinin aldadılmış səhmdarları bu gün Qəzvində etiraz aksiyası keçirərək batmış pullarını tələb ediblır. Şikayətçilər öz hqqlarının bərpası üçün məhkəməni işə qarışmağa çağıran şüarlar yazılmış posterlər nümayiş etdiriblər. Qeyd edək …
Ətraflı oxu »Aylıq Arxivlər: Noyabr 2024
BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisindən İranda insan haqları pozuntusu halları ilə bağlı çağırış
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato bu ölkədə insan haqlarının pozuntusu ilə bağlı yeni hesabat hazırlayır. Bu barədə Satonun yaydığı elan məzmunlu bəyanatda bildirilib. O, İranda insan haqlarının, xüsusilə qadın hüquqlarının pozulması ilə bağlı məlumat və faktların ona çatdırılmasını istəyib. …
Ətraflı oxu »Güney Azərbaycan zindanlarında siyasi məhbuslar da aclıq aksiyası keçirdilər
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Güney Azərbaycanın Xoy, Urmiya, Sulduz, Ərdəbil, Salmas və Təbriz şəhərlərinin zindanlarında həbsdə saxlanılan siyasi məhbuslar edam hökmlərinin dayandırılması tələbi ilə aclıq aksiyası keçiriblər. Bu barədə “Edama yox Kampaniyası”nın yaydığı bəyanatda bildirilib. Aksiya keçirən məhbuslar, bu vasitə ilə beynəlxalq ictimaiyyətin və insan …
Ətraflı oxu »Yaşar Gülər: ABŞ gördü ki, KAAN yaradırıq, F-35 təklif etdi
GADTB: Vaşinqton Ankaraya beşinci nəsil F-35 qırıcılarını təhvil verə bilər. Bunu Türkiyə müdafiə naziri Yaşar Gülər deyib. Onun sözlərinə görə, Türkiyə tərəfi ABŞ-a F-35 qırıcılarının tədarükü üçün yenidən sorğu göndərib: “Bizim ABŞ-da altı F-35 təyyarəmiz var. İndi gördülər ki, biz Türkiyənin beşinci nəsil KAAN qırıcısı istehsal edirik, münasibətləri dəyişdi. Təyyarələri …
Ətraflı oxu »Molla rejimin həbs etdiyi azərbaycanlı fəal zaminə buraxılıb
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən azərbaycanlı milli fəal Kamal Nuri 10 ay Evin zindanında həbsdə saxlanıldıqdan sonra girov müqabilində müvəqqəti azadlığa buraxılıb. Qeyd edək ki, fevralın 5-də həbs edilən güneyli fəal qəddarlığı ilə tanınan hakim Əbülqasım Sələvatinin sədrliyi ilə keçirilən məhkəmə iclasında üç il müddətinə azadlıqdan məhrum …
Ətraflı oxu »Azərbaycanlı həkim və fəal Əli Əkbər Süleymanlı qəzada həyatını itirdi
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanlı həkim və fəal Əli Əkbər Süleymanlı qəzada həyatını itirib. “Ölüm Yolu” kimi tanınan Dizəcdiz-Xoy yolunda baş verən qəzada həkim və tələbə hərəkatı fəalı Əli Əkbər Süleymanlı həyatını itirib. Qəza zamanı iki avtomobil toqquşub, nəticədə iki nəfər həyatını itirib. Yerli mənbələri qəzanın müvafiq …
Ətraflı oxu »Molla rejimin həbs etdiyi azərbaycanlı xanım müəllimə həbsini bitirdikdən sonra azadlığa buraxılıb
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Evin zindanında həbsdə saxlanılan azərbaycanlı təqaüdçü müəllimə və İran Təhsil İşçiləri Həmkarlar İttifaqının üzvü Zeynəb Həmrəng dünən axşam həbs müddətini bitirdikdən sonra sərbəst buraxılıb. Məlumata görə, Zeynəb Həmrəng 2020-ci il sentyabrın 5-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində səfəri zamanı təhlükəsizlik məmurları tərəfindən …
Ətraflı oxu »Qərbi azərbaycanlıların yurdlarına qayıdışı Azərbaycan dövlətinin, Ordusunun daha da güclənməsinə bağlıdır
GASDTB: Bu gün artıq heç kəs şübhə etmir ki, tarixi ədalət mütləq öz yerini tapacaq və Qərbi azərbaycanlı soydaşlarımız öz ata-baba yurdlarına qayıdacaqlar. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərov deyib. Deputat bildirib ki, 2025-ci il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik …
Ətraflı oxu »Azərbaycanlı blogger cütlüyə qarşı İran hökumətinin təzyiqləri artıb
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanlnmış azərbaycanlı blogger Rza Purcəfər və nişanlısı Sima Əsədi bir müddətdir ki, mədəni və etik assimilyasiyaya qarşı satirik paylaşımlar etdiklərinə görə molla rejimin qüvvələri tərəfindən hədələnirlər. Bildirilib ki, ötən il Rza Purcəfər mədəni fəaliyyətlərinə görə bir il həbs cəzasına məhkum edilib. Məlumata görə, …
Ətraflı oxu »Molla rejimi azərbaycanlı yeniyetmə qıza həbs cəzası verib
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 13-dən 17 yaşlı azırbaycanlı yeniyetmə Nigar Dəbbaği molla rejimin qüvvələri tərəfindən həbs edilərək, Təbriz zindanında həbsdə saxlanılır. Məlumata görə, Baharıstan Peşə Kollecinin öyrəncisi olan Nigar Dəbbaqiyə qarşı Təbriz İnqilab Məhkəməsi tərəfindən “insanları ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı cinayət törətməyə sövq etmək”, …
Ətraflı oxu »