Aylıq Arxivlər: Avqust 2025

Urmiya qəssabının nəvəsi Arman Simitko Qərbi Azərbaycanda kürdlərdən ibarət silahlı dəstələr yaradır

GADTB: Son günlər Qərbi Azərbaycandan gələn xəbərlər göstərir ki, Arman Simitko Urmiyada kürdlərdən ibarət silahlı dəstələr yaratmağa salışır. Hüquq-mühafizə orqanlarının vəziyyətə nəzarət etməməsi daha təhlükəli planın olmasından xəbər verir. Ekspertlər xəbərdarlıq edir ki, bu hərəkatlar təhlükəli layihənin başlanmasına işarədir və qeyri-qanuni silahlanmaya, gizli bazaların təşkilinə və regionda qeyri-sabitlik yaratmağa yönəlib. …

Ətraflı oxu »

SEPAH qurduğu terror təşkilatı olan Hizbullahın tərksilahına qarşı çıxdı

GADTB: Terror təşkilatı olan SEPAH-ın Qüds qanadının komandir müavini İrəc Məscidi qurduqları terror təşkilatı- Hizbullahın tərksilahına qarşı çıxdı. O, bildirib ki, Livanda Hizbullahı tərksilah etmək planı “Amerika-sionist layihəsidir” və “heç vaxt həyata keçirilməyəcək”. Onun sözlərinə görə, “müqavimət cəbhəsinin silahları Livanı «sionist rejimin» hücumunda qoruyan xalqın silahıdır” və bu səbəbdən nə …

Ətraflı oxu »

Azərbaycanlı alpinistlər Qırğızıstanda itkin düşdülər

GADTB: 10 gündən çoxdur iki azərbaycanlı alpinist – Məryəm Piləvəri və Həsən Ağalu Qırğızıstandakı “Pobeda” zirvəsinə qalxdıqdan sonra itkin düşüblər. Bu barədə Qırğızıstanın “Cənubi İnılçək” yardım əməliyyatları qərargahı məlumat yayıb. “Alpinistləri tapmaq üçün PUA-lar vasitəsilə də aparılan axtarışlar nəticə vermədi, çox güman ki, onlar zirvədən Çinə tərəf enib və ya …

Ətraflı oxu »

Urmiya gölü yayın sonuna kimi tam quruyacaq

GADTB: İranın Ətraf Mühit Təşkilatının dəniz və bataqlıqlar üzrə direktor müavini Əhmədrza Lahicanzadə bu barədə danışıb: “Mən bu gün səhər keçirdiyimiz iclasda hesabat verdim və məlum oldu ki, gölün hazırkı səviyyəsi 1269,74 metr, sahəsi 581 kvadrat kilometr, suyun həcmi isə təxminən yarım milyard kubmetrdir. İyul, Avqust və Sentyabr aylarında buxarlanmanın …

Ətraflı oxu »

İran sanksiyalar və hücumlardan qaçmaq üçün zənginləşdirməni azaldacağını bildirir

GADTB: “The Telegraph”ın yazdığına görə, İran hakimiyyəti uranın zənginləşdirilməsi səviyyəsini 60 faizdən 20 faizə qədər azaltmağa hazır olduğunu bildirib. Mənbələr bildirir ki, bu addımın məqsədi Britaniya tərəfindən BMT sanksiyalarının yenidən tətbiq edilməsinin qarşısını almaq və eyni zamanda ABŞ və İsrailin mümkün hərbi zərbələri riskini azaltmaqdır. Məlumata görə, prosesə Ali Milli …

Ətraflı oxu »

Vilayəti Azərbaycana qarşı yenidən paylaşım etdi

GADTB: İran rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti tarixi faktları təhrif edərək, Qafqaz İranın təhlükəsizlik kəməri adlandırdı. Vilayəti X sosial şəbəkə hesabında bu barədə paylaşım edib. Vilayəti Qafqaz bölgəsinin İran üçün qədimdən bəri böyük əhəmiyyət daşıdığını bildirib. Vilayəti Qurani-Kərimdə haqqında təriflə danışılan Zülqərneynin, böyük təfsir alimi Allamə Təbətəbainin …

Ətraflı oxu »

Fox News: “Tramp cəsarətli Azərbaycan Ermənistan paktı ilə İran rejiminə strateji zərbə vurdu”

GADTB: İran əsilli amerikalı jurnalist və dissident Bənövşə Zənd “Fox News Digital”a bildirib ki, bu addım ABŞ üçün “möhtəşəm bir qazancdır” və eyni zamanda Tehran rejiminə bir sillədir. Onun sözlərinə görə, Zəngəzur dəhlizi Avropaya gedən ən mühüm ticarət və enerji marşrutuna çevriləcək və tamamilə Tehrandan yan keçəcək. Zənd qeyd edib …

Ətraflı oxu »

Türk Mədəniyyəti və İrsi Fondu 13 yaşını qeyd edir

GADTB: Bu gün Türk Mədəniyyəti və İrsi Fondunun yaranmasından 13 il ötür! Fond 23 avqust 2012-ci il tarixində Türk Dövlətləri Təşkilatının Bişkek şəhərində keçirilmiş Zirvə Toplantısı zamanı Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan, Türkiyə Dövlət Başçılarının dəstəyi ilə yaradılmışdır. “Ədəbiyyat və incəsənət” portalı bu 13 illik tarixə, xüsusən son …

Ətraflı oxu »

İran hava hücumundan müdafiə sisteminin bərpası üçün Belarusdan kömək istəyir

GADTB: İran İsraillə 12 günlük müharibə zamanı zədələnmiş hava hücumundan müdafiə və elektron döyüş sistemlərinin bərpası üçün Belarusdan kömək istəyir. APA “The Kyiv Independent”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidməti məlumat yayıb. Bildirilib ki, bu tələb İran Prezidenti Məsud Pezeşkianın Minskə son səfəri zamanı Belarus Prezidenti …

Ətraflı oxu »

Zəngəzur dəhlizi yüksək gəli gətirəcək

GADTB: Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin inşası ilə dəhliz tam gücündə fəaliyyət göstərəcək. Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu deyib. Uraloğlu bildirib ki, Azərbaycanın strateji əhəmiyyət daşıyan nəqliyyat layihələrindən biri olan Zəngəzur dəhlizindən 30 illik perspektivdə 147,6 milyard lirəlik iqtisadi qazanc təmin ediləcək. “Dəhliz vasitəsilə 15 milyon ton yük …

Ətraflı oxu »