Aylıq Arxivlər: Sentyabr 2025

İki türk ölkəsi Azərbaycan və Özbəkistanın birgə hərbi əməkdaşlıq planı müzakirə edilib

GADTB: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (MN) Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi və rəhbərlik etdiyi nümayəndə heyəti “Hərbi sahədə əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə edilməsi üzrə qərargah danışıqları”nda iştirak etmək məqsədilə Özbəkistan Respublikasında səfərdə olub. Daşkənd şəhərində hər iki ölkənin müvafiq idarələrinin geniştərkibli heyətinin iştirakı ilə keçirilən görüşdə hərbi, hərbi-texniki əməkdaşlığın cari …

Ətraflı oxu »

İran “Tramp marşrutu” məsələsində Rusiyadan ümidini üzüb

GADTB: Tabnak saytı yazır ki, “Tramp marşrutunun” açılması İranı nəinki böyük tranzit gəlirlərindən, həm də Azərbaycan Respublikası üzərində mühüm geosiyasi rıçaqdan məhrum edəcək. Onilliklər ərzində Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında yeganə quru yolu İran ərazisindən keçirdi ki, bu da gizli şəkildə Tehrana həm iqtisadi səmərə verir, həm də siyasi …

Ətraflı oxu »

Ermənistan və ABŞ Zəngəzur dəhlizinin açılmasını müzakirə edir

GADTB: Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan ABŞ səfiri Kristina Kvini qəbul edib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Görüş zamanı ikitərəfli münasibətlərin inkişaf imkanları, avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmaların, eləcə də ABŞ və Ermənistan arasında imzalanmış anlaşma memorandumlarının əhəmiyyəti vurğulanıb.

Ətraflı oxu »

Molla rejimi Azərbaycan mədənlərini talayır, Azərbaycan isə yoxsulluq içindədir- Video

GADTB: İrqçi fars-molla rejimi Azərbaycan mədənlərini talayır, Azərbaycan isə yoxsulluq içindədir. Yaxın Şərqdəki ən böyük qurğuşun və sink mədəni, Ənguran mədəninə yaxın məsafədə yerləşməsinə baxmayaraq Zəncanın Dəndi şəhəri yoxsulluq içindədir. Dəndi İslam Şurasının üzvü Əlirza Şabani bununla bağlı Mehr agentliyinə müsahibəsində danışıb. Ənguran mədəni İran xəzinəsinə hər il 1500 milyard …

Ətraflı oxu »

Sayın Əjdər bəy Tağızadə “Azərbaycan Səsi”ndə “Pezeşkianın xarici siyasəti” mövzusunda çıxışı -Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə “Pezeşkianın xarici siyasəti” mövzusunda çıxış edib. Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında həmçinin Pezeşkianın Xameneiyə tam tabe olması, özünün də dəfələrlə bu məsələyə təkid etməsi, əslində onun siyasət adamı olmaması, Pezeşkianın …

Ətraflı oxu »

Urmiya gölünün quruması ilə Azərbaycan əyalətləri köçürülməli olacaq

GADTB: Tehran Universitetinin Su İnstitutunun direktoru Bənövşə Zəhrai deyib ki, Urmiya gölünün quruması ilə İranda Azərbaycan əhalisini qəbul edə biləcək bir yer yoxdur. Zəhrai deyib: “Urmiya gölünün quruması, təkcə duz fırtınaları və əkinçilik sahələrinin məhv olması ilə nəticələnmir, həm də, bölgə əhalisi arasında qorxulu xəstəliklərin, o cümlədən xərçəng xəstəliyinin artmasına …

Ətraflı oxu »

Qaşqay türkü Behnan Vəzirinia ana dilini dəstəklədiyi üçün molla rejimin kəşfiyyatı tərəfindən həbs edilib

GADTB: Tehranda yaşayan Qaşqay türkü Behnam Vəzirinia iki həftə öncə özəl təhlükəsizlik qüvvələri tərəfindən evindən qaçırılaraq naməlum yerə aparılıb. Ailəsi ilə olan yeganə telefon əlaqəsində Behnam ETTELAAT Nazirliyi qüvvələri tərəfindən həbs olunduğunu və sorğu-sual edildiyini açıqlamışdı. Memarlıq mühəndisi Behnam Vəzirinia qaşqay türkü və Tehran sakinidir. Behnamın fəaliyyəti əsasən qaşqay mədəni …

Ətraflı oxu »

İranda repressiyalar artıb

GADTB: Beynəlxalq Əfv Təşkilatı və Human Rights Watch bildirir ki, İsraillə baş verən toqquşmalardan sonra İran İslam Respublikasının hakimiyyət orqanları “milli təhlükəsizlik” bəhanəsi ilə dəhşətli repressiya dalğasına başlayıblar. Beyənlxalq təşkilatların fikrincə, bu, dərin böhranın əlamətidir və İran hökumətinin təcili şəkildə beynəlxalq cinayət məsuliyyətinə cəlb edilməsinə ehtiyac var. Yayılan bəyanatda deyilir: …

Ətraflı oxu »

İrana gələn turistlərin sayı kəskin azalmaqdadır

GADTB: İranın mədəni irs, turizm və sənətkarlıq naziri Rza Salehi Əmiri bildirib ki, 12 günlük müharibədən sonra ölkəyə gələn xarici turistlərin sayı 75 faiz azalıb. Nazirin sözlərinə görə, müharibədən sonrakı dövr üçün turizm sahəsi üzrə mütəxəssislər uzunmüddətli plan hazırlayıblar. Qarşıdakı 6 ay ərzində 10 milyon turistin ölkəyə cəlb olunması məqsədə …

Ətraflı oxu »

Amerika İrana növbəti dəfə hərbi hücum edə bilər

GADTB: “Washington Post”un yazdığına görə, İranın sabitliyi pozan fəaliyyətini davam etdirməsini, xüsusən də Tehranın nüvə proqramı ilə bağlı inadını nəzərə alaraq, çox güman ki, Donald Tramp administrasiyası İran rejiminin təhdidlərini cilovlamaq üçün yenidən hərbi hücum variantını gündəmə gətirəcək. “Washington Post” İsraillə müharibədən sonra Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı …

Ətraflı oxu »