Aylıq Arxivlər: Sentyabr 2025

Evin zindanında məhbusların əşyaları talan edilib

GADTB: “Deutsche Welle” nəşri Tehrandakı bədnam Evin zindanından gizli səs yazısı əldə edib. Səs yazısında Evin həbsxanasının dördüncü bölməsində saxlanılan bir qrup siyasi məhbus şəxsi əşyalarının oğurlandığını bildirir. Onlar deyirlər ki, keçmiş həbsxana rəisi Hidayətullah Fərzadi əmlakın qorunacağına söz versə də, bu vəd yerinə yetirilməyib. Siyasi məhbuslardan biri qeyd edir …

Ətraflı oxu »

Ərdəbildə Beynəlxalq Aşıqlar Festivalı keçirilib- Video

GADTB: Güney Azərbaycanın Ərdəbil şəhərinin Fədək Mədəniyyət Kompleksində üçüncü dəfə Beynəlxalq Aşıqlar Musiqi Festivalı keçirilib. Festivalda Güney Azərbaycanın müxtəlif vilayətlərindən qruplar, eləcə də Azərbaycan Respublikası, Türkiyə, Gürcüstan və İraqdan gələn qonaqlar çıxış ediblər. Qeyd edək ki, aşıqlar Güney və Quzey Azərbaycan tarixində həmişə mədəniyyət, müqavimət və sevgi rəmzi olub. Onlar …

Ətraflı oxu »

102 gün mübarizədən sonra azərbaycanlı körpəyə Əlihan adına doğum haqqında şəhadətnamə almaq mümkün olub

GADTB: 102 günlük hüquqi mübarizədən sonra Əhməd Fərzinin ailəsi İranın  Vətəndaşlıq Reyestrini yeni doğulan körpələrinə Əlihan adı ilə doğum haqqında şəhadətnamə verməyə məcbur edə bilib. Bu barədə azərbaycanlı körpənin atası Əhməd Fərzi Balamın Adı kampaniyasına deyib: “Övladımız 2025-ci il iyunun 7-də dünyaya gəlib və biz onun adını Əlihan qoymuşuq. Ancaq …

Ətraflı oxu »

Molla rejimin həbs etdiyi azərbaycanlı müəllim Kərəc həbsxanaya köçürülüb

GADTB: Ötən həftə İsfahanın Şəhriza şəhərində həbs olunan azərbaycanlı müəllim Məsud Fərhixtə Kərəc şəhərinin həbsxanasına köçürülüb. Albürz əyalətinin Xüsusi Cinayətlər üzrə İnqilab Məhkəməsinin 7-ci şöbəsin təhvil verildikdən sonra həbsxanaya aparılıb. Ötən ay məhkum edildiyi həbs cəzasını çəkmək üçün həbsxanaya köçürülən Məsud Fərhixtə, sentyabrın 16-da İran Müəllimlər Birlikləri Koordinasiya Şurasının növbədənkənar …

Ətraflı oxu »

Urmiya gölünün qurudulması nəticəsində Güney Azərbaycanı duz fırtınaları bürüyüb-Video

GADTB: Urmiya gölünün qurudulması nəticəsində Güney Azərbaycanı duz fırtınaları bürüyüb. Bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, son günlərdə Urmiya gölünün ətrafında güclü duz qasırğaları müşahidə olunub. Payızın ilk küləkləri ilə müşayiət olunan bu fırtınalar yerli əhalini narahat edib. Ətraf mühit mütəxəssisləri duz fırtınalarının səbəbini Urmiya gölündə su səviyyəsinin kəskin …

Ətraflı oxu »

“The Maritime Executive”: Sanksiyaların bərpası İranın gəmi sənayesini ciddi şəkildə hədəfə alır

GADTB: Dəniz sənayesində ixtisaslaşmış nüfuzlu nəşrlərdən biri olan “The Maritime Executive” dünən dərc etdiyi hesabatda bildirib ki, İrana qarşı yenidən tətbiq olunması gündəmdə olan beynəlxalq sanksiyalar ölkənin gəmiçilik sektorunu ciddi şəkildə hədəfləyəcək. Nəşrin məlumatına görə, BMT Təhlükəsizlik Şurasının sanksiyaları oktyabrın 25-də əvvəlki vəziyyətinə qayıdarsa, bu, xüsusilə İran İslam Respublikası Gəmiçilik …

Ətraflı oxu »

Azərbaycanın “Traxtur” komandası “Sepahan” üzərində qələbə qazanaraq turnir cədvəlinin zirvəsinə yüksəlib

GADTB: Azərbaycanın Traxtur futbol komandası İran Premyer Liqasının bu həftəki mühüm oyununda İsfahanda Sepahan komandasına 2-1 hesabı ilə qalib gəlib. Bu dəyərli qələbə Azərbaycan komandasının turnir cədvəlinin zirvəsinə yüksəldib. Qarşılaşma “Sepahan”ın hucumu və qələbəyə böyük ehtiyacı ilə başlasa da, Draqan Skoçiçin yetirmələri ağıllı oyunla həyati əhəmiyyət kəsb edən üç xalı …

Ətraflı oxu »

İran millət vəkili: “Biz mümkün qədər tez nüvə silahı əldə etməliyik”

GADTB: İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əhməd Bəxşayeş Ərdəstani “Iran Watch”a müsahibəsində bildirib ki, tətik mexanizminin işə düşməsi İslam Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) ilə razılaşmalarının faktiki ləğvi deməkdir və “bundan sonra Agentlik ilə əməkdaşlığımız sıfıra bərabər olacaq”. O, daha da irəli gedərək vurğulayıb: …

Ətraflı oxu »

Təbrizdə keçirilən Şəhriyar Qurultayından türk dilinə baykot

GADTAB: Ustad Şəhriyarın Anım Konqresi və ya ustad Şəhriyarın 120-ci ildönümünü Anma Konqresinin açılış mərasimi 2 gün ərzində Təbrizdə keçirildi, eyni zamanda Şərqi Azərbaycan vilayətinin mədəniyyət və media əhli tərəfindən ciddi tənqid olundu. Təbriz mətbuatında qaldırılan məsələlərlə yanaşı, bu qurultayla bağlı mühüm məqam türk dilinin baykot edilməsi idi. Halbuki, Şəhriyar …

Ətraflı oxu »

Zəncanın İşraq Ədəbiyyat Dərnəyində “Şəhrimiz Şeirimiz” IX Türk Şeir Festivalı keçiriləcək

GADTB: Zəncanın İşraq Ədəbiyyat Dərnəyində “Şəhrimiz Şeirimiz” 9-cu Türk Şeir Festivalı keçiriləcək. Zəncan İşraq Ədəbiyyat Dərnəyində Sultan Əli Nəzərinin “Man səni dağlardan uca bilərdim” şeir toplusunun təqdimatı və doktor Böyük Mollainin çıxışı ilə türk musiqisinin ifası ilə yanaşı, vilayət şairləri şeir oxumaqla “Şəhrimiz Şeirimiz” IX Türk Şeir Festivalı keçiriləcək. Vaxt: …

Ətraflı oxu »