Aylıq Arxivlər: Aprel 2026

Beynəlxalq Əfv Təşkilatı İranda siyasi məhbusların edamna etiraz edir

GADTB: Amnesty International (Beynəlxalq Əfv Təşkilatı) İranda son edamlarla bağlı bəyanat yayaraq beynəlxalq ictimaiyyəti təcili tədbir görməyə çağırıb. Təşkilatın bildirdiyinə görə, martın 30-dan başlayaraq 10 gün ərzində 10 müxalif və etirazçı ədalətsiz məhkəmələrdən sonra edam edilib.  Edam olunanlar arasında yanvar ayında saxlanıldıqdan qısa müddət sonra ölüm hökmü verilmiş dörd gənc …

Ətraflı oxu »

Kostarika SEPAH, Hizbullah, Həmas və Husiləri terror təşkilatları kimi tanıdı

GADTB: Kostarika İranın ideoloji-hərbi qanadı olan SEPAH-ı, eləcə də İran rejiminin dəstəklədiyi Hizbullah, Həmas və Ənsarullah (husi silahlı dəstələri) qruplarını terror təşkilatları kimi tanıyıb. Kostarika hökumətinin yaydığı bəyanata əsasən, bu qərar ölkənin Milli Təhlükəsizlik Şurası tərəfindən «mövcud məlumatların araşdırılması və terrorizmə qarşı beynəlxalq öhdəliklərlə uyğunluq çərçivəsində» qəbul edilib. Kostarika bildirib …

Ətraflı oxu »

ABŞ-nin qüvvələrinə bölgədə əlavə hərbi texnika göndərilir

GADTB: ABŞ-İran-İsrail müharibəsi fonunda San Dieqoda şimala doğru hərəkət edən və çoxlu sayda hərbi texnika daşıyan yük qatarı videoya çəkilib. Kadrlarda zirehli maşınlar və digər hərbi nəqliyyat vasitələrinin uzun bir növbəsi görünür. Videoya əlavə edilmiş səsli mesaj daha sonra məxfilik və təhlükəsizlik səbəbləri ilə silinib. Mesajda deyilir ki, qatar təxminən …

Ətraflı oxu »

Cümə axşamı səhər saatlarında İranda partlayışlar: Kərəcdən İranın cənubuna qədər bir sıra bölgələr hədəf alınıb

GADTB: Çərşənbə axşamı gecəsi və cümə axşamı sübh saatlarında İranın müxtəlif bölgələrində – Əlborz vilayətindən Xuzistan vilayətinə qədər – çoxsaylı partlayışların baş verdiyi bildirilib. Yerli mənbələr və vətəndaşların yaydığı məlumatlara görə, Əlborz vilayətində Mehrşəhr, Məhəmmədşəhr və Əzimiyyə kimi bölgələrdə cümə axşamı saat 02:00–04:00 arası bir neçə partlayış səsi eşidilib. Məlumatlarda …

Ətraflı oxu »

Trampdan İrana sərt mesaj: ABŞ qüvvələri İran sərhədlərində qalacaq

GADTB: Bu gün ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika hərbi qüvvələri və texnikası razılaşmanın bütün şərtləri tam yerinə yetirilənə qədər İran sərhədlərində qalacaq. Tramp bununla bağlı, “Truth Social” platformasında paylaşım edib. O, qeyd edib ki, ABŞ-nin gəmiləri, təyyarələri və hərbi personalı əlavə silah-sursatla birlikdə bölgədə mövqelərini qoruyacaq. ABŞ prezidenti …

Ətraflı oxu »

Ərdəbil və Qərbi Azərbaycanda onlarla azərbaycanlı təhlükəsizlik ittihamları ilə saxlanılıb

GADTB: Son günlər Ərdəbil və Qərbi Azərbaycan vilayətlərində vətəndaşların kütləvi saxlanılması ilə bağlı məlumatlar yayılıb. Ağır təhlükəsizlik ittihamları ilə müşayiət olunan bu saxlanmalar geniş narahatlıq doğurub. Yayılan məlumatlara görə, Ərdəbildə məhkəmə orqanları ən azı 36 nəfərin “vətənə xəyanət”, “rejim əleyhinə təbliğat” və “ölkənin təhlükəsizliyinə qarşı fəaliyyət” kimi ittihamlarla saxlanıldığını açıqlayıb. …

Ətraflı oxu »

Azərbaycanlı siyasi fəal Əyyub Şiri Təbriz həbsxanasına köçürülüb

GADTB: Azərbaycanlı siyasi fəal Əyyub Şiri çərşənbə axşamı, 11 fərvərdin tarixində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum yerə aparılmışdı. Ailəsinin dəfələrlə müraciət etməsinə baxmayaraq, ilk günlərdə onun vəziyyəti, saxlanıldığı yer və həbs səbəbi barədə heç bir rəsmi məlumat verilməmiş, bu isə onun taleyi ilə bağlı narahatlıqları artırmışdı. Lakin ailəyə yaxın məlumatlı …

Ətraflı oxu »

Şahbaz Şərif atəşkəsin pozulduğunu açıqlayıb

GADTB: Yaxın Şərqdə münaqişə zonası boyu bir sıra yerlərdə atəşkəsin pozulma halları qeydə alınıb. Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif “X” hesabında yazıb. O, tərəfləri atəşkəsə əməl etməyə çağırıb. “Bu, sülh prosesinin ruhunu zədələyir. Diplomatiyanın münaqişənin sülh yolu ilə həllində aparıcı rol oynaya bilməsi üçün bütün tərəfləri razılaşdırıldığı kimi, …

Ətraflı oxu »

Türk ölkələri Azərbaycan və Qazaxıstan hərbi əməkdaşlığı müzakirə etdi

GADTB: Azərbaycan və Qazaxıstan müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına əsasən, Qazaxıstan nümayəndə heyəti Azərbaycana səfər edib. Qeyd olunub ki, qonaqlar əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının məzarlarını ziyarət edib, üzərlərinə gül dəstələri düzərək öz ehtiramlarını nümayiş etdiriblər. Müdafiə Nazirliyində keçirilən …

Ətraflı oxu »

Vens razılaşmanı “kövrək atəşkəs” adlandırıb

GADTB: ABŞ-ın vitse-prezidenti Cey Di Vens atəşkəs razılaşmasını “kövrək atəşkəs” kimi qiymətləndirib. Macarıstanda keçirilən bir tədbirdə çıxış edən vitse-prezident bildirib ki, ABŞ-ın İranla əldə etdiyi razılaşma İran daxilində yanlış təqdim olunur. O, qeyd edib ki, razılaşmaya atəşkəs, danışıqların başlanması planları və Hörmüz boğazının açılması daxildir, lakin bundan artıq detal verməyib. …

Ətraflı oxu »