Cümə axşamı , Avqust 6 2026
azfa

İran Xəzər konvensiyasını parlamentə göndərib – ekspertlər iqtisadi güzəştlərdən danışıb

GADTB: İran hökumətinin 2018-ci ildə imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın təsdiqi ilə bağlı qanun layihəsini parlamentə təqdim etmək qərarı ölkədə geniş müzakirələrə səbəb olub.

İranlı ekspertlərin əksəriyyəti hesab edir ki, hökumət bu addımla Xəzər dənizində mühüm iqtisadi güzəştlərə razılıq verir.

Türkiyə Onlayn Jurnalistlər Birliyinin rəhbəri və təhlükəsizlik üzrə ekspert Süleyman Basa açıqlamasında bildirib ki, İranın Xəzər məsələsində mövqeyini dəyişməsi Rusiya ilə strateji münasibətləri möhkəmləndirmək istəyindən irəli gəlir.

Onun sözlərinə görə, son iki ildə ABŞ ilə artan gərginlik fonunda Moskvanın diplomatik dəstəyi və kəşfiyyat əməkdaşlığı Tehran üçün daha böyük əhəmiyyət qazanıb. Basa qeyd edib ki, avqust ayında Tehranda keçiriləcək Xəzər sammiti ərəfəsində İran Aktau Konvensiyasını imzalamayan yeganə sahilyanı dövlət kimi iştirak etmək istəmir.

Ekspert hesab edir ki, İran parlamenti sənədi ratifikasiya edərsə, bundan ən çox Azərbaycan faydalanacaq.

Basanın fikrincə, bu qərar Azərbaycanın Xəzərin şərq və qərb sahillərini birləşdirən enerji və logistika mərkəzi kimi mövqeyini möhkəmləndirəcək, Qazaxıstan və Türkmənistanla enerji əməkdaşlığı isə daha güclü hüquqi baza qazanacaq.

“Digər tərəfdən, Rusiya faktiki olaraq Azərbaycanın enerji dəhlizlərində artan rolunu qəbul etməyə məcburdur. Eyni zamanda, Ermənistan dəyişən güc balansına uyğunlaşmağa çalışır. İrandan keçən ənənəvi tranzit yollarının əhəmiyyətini itirməsi perspektivi İrəvanı Azərbaycanın nəzarəti altında yeni nəqliyyat layihələrinə doğru itələyir”, – deyə, ekspert vurğulayıb.

O əlavə edib ki, konvensiyanın ratifikasiyası Orta Dəhlizin hüquqi infrastrukturunu gücləndirəcək, Türkiyənin Çin və Avropa arasında ticarət marşrutlarındakı rolunu artıracaq və Türk Dövlətləri Təşkilatı üzvləri arasında iqtisadi inteqrasiyanı sürətləndirəcək. / Azad İran

Həmçinin yoxlayın

Netanyahu: Razılaşma olsa da, olmasa da, İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Azərbaycanın Apellyasiya məhkəməsi Arayik Harutyunyan və digərləri barəsində hökmü qüvvədə saxlayıb

GADTB: Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq …