Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Aylıq Arxivlər: Sentyabr 2026

Əhalinin əmlakının müsadirəsi davam edir: Molla rejimin Məhkəmə sistemi yüzlərlə şəxsin hesab və əmlakını bloklayıb

GADTB: İran İslam Respublikası Məhkəmə Sisteminin “casusluq” və ya “İsrail və düşmən ölkələrlə əməkdaşlıq”da ittiham etdiyi şəxslərin əmlaklarının geniş miqyasda müsadirə edilməsi və bank hesablarının bloklanması barədə məlumat yayılıb. Məhkəmə Sisteminə bağlı Mizan xəbər agentliyi bildirib ki, Tehranda 143 daşınmaz əmlak və digər aktiv müsadirə olunub. İranın müxtəlif bölgələrində isə …

Ətraflı oxu »

Azərbaycanın Traxtur komandası Asiya oyunlarına Əl-Əhli ilə qarşılaşma ilə başlayır

GADTB: Azərbaycanın Traxtur futbol klubu Asiya Çempionlar Liqasının yeni mövsümündə ilk oyununu Birləşmiş Ərəb Əmirliklərinin Şəbab Əl-Əhli komandasına qarşı keçirəcək. Açıqlanan təqvimə əsasən, Cavad Nekunamın rəhbərlik etdiyi komanda turnirin ilk turunda bu gün, sentyabrın 14-də, Təbriz vaxtı ilə saat 19:30-da Şəbab Əl-Əhlinin qonağı olacaq. Qarşılaşma Dubaydakı Əl-Raşid stadionunda keçiriləcək. Traktur …

Ətraflı oxu »

Əhərin Qaracalı qayaüstü Urartu kitabəsi milli irs siyahısına salınıb

GADTB: Şərqi Azərbaycan Mədəni İrs, Turizm və Əl İşləri Baş İdarəsinin rəhbəri Əhərin Qaracalı qayaüstü kitabəsinin daşınmaz milli irs nümunələrinin qeydiyyatı üzrə Şuranın son iclasında milli irs siyahısına daxil edildiyini açıqlayıb. Bununla da Qaracalı kitabəsi Şərqi Azərbaycanda milli irs siyahısına daxil edilən beşinci Urartu kitabəsi olub. Qeyd edək ki, Qaracalı …

Ətraflı oxu »

Təbrizdə saxlanılan Tufarqandan olan azərbaycanlı fəal Gözəl Nəcəfinin taleyindən xəbər yoxdur

GADTB: Tufarqan (Azərşəhr) şəhərindən olan azərbaycanlı türk qadın Gözəl Nəcəfi 22 gündür bu şəhərdə saxlanılır və indiyədək onun harada saxlanıldığı və fiziki vəziyyəti barədə heç bir məlumat əldə edilməyib. Məlumata görə, Gözəl Nəcəfi türk dili, ana dilində təhsilə diqqət yetirilməsinin zəruriliyi və Azərbaycanın ekoloji problemləri, o cümlədən Urmiya gölünün vəziyyəti …

Ətraflı oxu »

Türkcə “Koroğlu” tamaşası maneələrə baxmayaraq Cənubi Azərbaycan teatrında rekord vurub

GADTB: Rejissor Yaqub Seddiq-Cəmalın quruluş verdiyi “Koroğlu” türk tamaşasının altıncı nümayiş mərhələsi Təbrizdə bir ay davam edən nümayişlərdən sonra cümə günü başa çatıb. Tamaşa bir daha Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı əsərlərə xalqın böyük maraq göstərdiyini nümayiş etdirib. Tamaşanın sonuncu nümayiş mərhələsində 30 gün ərzində keçirilən 30 seansda təxminən …

Ətraflı oxu »

Siyamək Mirzəiyə Ərdəbil həbsxanasında bölmələrin tez-tez dəyişdirilməsi ilə təzyiq davam edir

GADTB: Azərbaycanlı fəal Siyamək Mirzəi həbsinin üçüncü ayında Ərdəbil Mərkəzi Həbsxanasının siyasi məhbusların saxlanıldığı 7-ci bölməsindən həmin həbsxananın 9-cu bölməsinə köçürülüb. Əldə olunan məlumatlara görə, azərbaycanlı fəal sentyabrın 12-də, şənbə günü telefon danışığı zamanı ailəsi və yaxınlarını 9-cu bölməyə köçürüldüyü barədə məlumatlandırıb. O, hazırda bu bölmədə saxlanılır. Siyamək Mirzəi və …

Ətraflı oxu »

CENTCOM: Son 60 gündə 100 ticarət gəmisinin marşrutu dəyişdirilib; heç bir gəmi ABŞ-ın icazəsi olmadan blokadadan keçməyib

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, qüvvələri son 60 gün ərzində, ABŞ-ın İrana qarşı “Polad Divar” blokadasını bərpa etməsindən bu yana, 100 ticarət gəmisinin marşrutunu dəyişdirib. CENTCOM-un sözlərinə görə, bu müddət ərzində heç bir gəmi ABŞ qüvvələrinin icazəsi olmadan blokadadan keçməyib. CENTCOM açıqlamasında qeyd edib: “CENTCOM qüvvələri son 60 …

Ətraflı oxu »

Vəkil Zəhra Nəqşinə Təbrizdə məhkəmə çağırışından sonra həbs edilib

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvü və vəkil Zəhra Nəqşinə sentyabrın 9-da, çərşənbə günü, Təbriz Ümumi və İnqilab Prokurorluğunun 15-ci İstintaq Şöbəsinə müraciət etdikdən sonra həbs edilib. Yayılan məlumata görə, Nəqşinə məhkəmə çağırışı aldıqdan sonra həmin şöbəyə gedib. Vəkil və hüquq müdafiəçisi Sina Yusəfinin sözlərinə görə, çağırış vərəqəsində ittiham bölməsində …

Ətraflı oxu »

Tankertreckerz: İran İslam Respublikası ilə əlaqəli sanksiyalı neft tankeri ABŞ blokadası xəttini keçdikdən sonra geri qaytarılıb

GADTB: Neft tankerlərini izləyən “Tankertreckerz” saytı bildirib ki, İran xam neftinin daşınmasına görə ABŞ sanksiyalarına məruz qalan “Karina” supertankeri sentyabrın 11-də, cümə günü gecə saatlarında ABŞ Hərbi Dəniz Qüvvələrinin blokada xəttini keçib. Lakin bundan sonra tanker geri qaytarılaraq Oman dənizinə yönəldilib. Məlumata görə, “Karina” son illərdə ən azı 22 milyon …

Ətraflı oxu »