GADTB: BMT Təhlükəsizlik Şurası çərşənbə axşamı Yəməndəki son vəziyyəti və strateji əhəmiyyət daşıyan Babül-Məndəb boğazındakı təhlükəsizlik durumunu müzakirə etmək üçün iclas keçirəcək. İclas Qırmızı dəniz sahillərində terrorçu husilər qruplaşmasının sürətlə irəliləməsi və bu su yolunun ətrafındakı ərazilərə nəzarətini genişləndirməsi ilə bağlı artan narahatlıqlar fonunda keçiriləcək. Yəmənin rəsmi hökuməti iclasdan əvvəl …
Ətraflı oxu »Aylıq Arxivlər: Sentyabr 2026
Dubayda Azərbaycan Traxtur komandası ilə Şabab Əl-Əhli oyununda milli şüarlar səsləndirilib – Video
GADTB: Traxturun azarkeşləri sevimli komandalarını harada olmasından asılı olmayaraq tək buraxmırlar. Təbrizdən sərhədlərdən kənara qədər onlar stadion tribunalarını Azərbaycan sevgisinin, milli kimliyin və mədəniyyətin nümayiş etdirildiyi məkana çevirirlər. Dubayda Traxtur və Şabab Əl-Əhli komandaları arasında keçirilən qarşılaşmada stadionda “Yaşasın Azərbaycan” şüarı səsləndirilib. Həmçinin Azərbaycan milli rəqslərinin nümayiş etdirilməsi Azərbaycan türk …
Ətraflı oxu »ABŞ Ədliyyə Nazirliyi İrana məxsus sanksiyalı neftin satışından əldə edilən 61 milyon dollarlıq kriptovalyutanın müsadirəsi üçün iddia qaldırıb
GADTB: ABŞ Ədliyyə Nazirliyi sanksiyaya məruz qalmış İran xam nefti və neft məhsullarının qara bazarda satışından əldə edildiyi bildirilən təxminən 61 milyon dollar dəyərində kriptovalyutanın müsadirəsi üçün mülki iddia qaldırıb. Nazirliyin açıqlamasına görə, iki Çin şirkəti Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Binance” kriptovalyuta birjasındakı ticarət hesablarından və kriptovalyuta ünvanları şəbəkəsindən istifadə …
Ətraflı oxu »Urmiya Üzüm Festivalına molla rejimin Sepah və irqçi-irticaçı qüvvələri hücuma keçib– Video
GADTB: Urmiya Üzüm Festivalında Azərbaycan rəqsi və Azərbaycan mədəni nümunələri nümayiş etdirilib. Belə proqramların ictimai tədbirlər çərçivəsində keçirilməsi Azərbaycanın musiqisi, rəqsləri, mərasimləri və yerli adət-ənənələrinin qorunması, tanıdılması və bu mədəni irsin gələcək nəsillərə ötürülməsi baxımından dəyərli fürsətdir. Urmiya Üzüm Festivalı Azərbaycanın həqiqi mədəniyyət və incəsənətinin nümayiş etdirildiyi halda daha …
Ətraflı oxu »Bu gün Bakının azad edilməsinin 108-ci ildönümüdür
GADTB: Bu gün Bakının Qafqaz İslam Ordusunun erməni-bolşevik birləşmələrinin işğalından azad etməsinin ildönümüdür. Azərbaycan paytaxtının azadlığından 108 il ötür. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf …
Ətraflı oxu »Təbrizdə “Humay” moda və geyim müəssisəsinin fəaliyyəti dayandırılıb
GADTB: Təbrizdə moda və geyim tədbirlərinin keçirilməsi ilə bağlı yaranan qalmaqaldan sonra “Humay” Moda və Geyim müəssisəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Müəssisə Təbrizdə “Humay Moda və Geyim” tədbirini keçirdikdən sonra səlahiyyətli qurumların ifadəsi ilə desək, “ölkədə qüvvədə olan qayda və tələblərdən kənara çıxması” səbəbindən fəaliyyətinin dayandırılması ilə üzləşib. Bundan əvvəl …
Ətraflı oxu »Təbrizdə telekommunikasiya şirkətinin təqaüdçüləri əmək haqqı və tələblərinə etiraz ediblər – Video
GADTB: Təbrizdə sentyabrın 14-də, bazar ertəsi, Şərqi Azərbaycan Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsünün iştirakı ilə etiraz aksiyası keçirilib. Maaş və digər tələblərinin vəziyyətindən narazı olan təqaüdçülər etiraz aksiyası keçirmək üçün toplaşıblar. Aksiya iştirakçıları əmək və sosial təminatla bağlı tələblərinin təmin olunmasını istəyib, həmçinin Telekommunikasiya Şirkəti ilə əlaqəli bəzi səhmdarların və …
Ətraflı oxu »İrqçi fars rejimin Xəzərin adını dəyişmə cəhdi davam edir
GADTB: İrqçi fars-molla rejimin əlaltıları türklərin dənizi olan Xəzərin adını dəyişməyə cəhd göstərirlər. Tehran Universitetinin professoru və Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan irqçi fars-molla rejimin eksperti Əhməd Kazemi “İran diplomatiyası” saytı üçün yazdığı uydurma qeydində Xəzər dənizinin Azərbaycan və türk dünyasında geniş istifadə olunan tarixi adına qarşı çıxıb. O, …
Ətraflı oxu »Qrossi: İranın nüvə materialları barədə məlumatların olmaması ciddi narahatlıq doğurur
GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, agentlik bir ildən artıqdır İranın bəyan etdiyi uran ehtiyatlarının, o cümlədən 60 faizə qədər zənginləşdirilmiş uranın, hücumlar nəticəsində zərər görmüş İranın nüvə obyektlərindəki vəziyyətini davamlı şəkildə yoxlaya bilmir. Qrossi sentyabrın 14-də, bazar ertəsi, BAEA-nın 70-ci Baş Konfransında çıxışı …
Ətraflı oxu »Suriyada türk dili məktəblərdə seçmə fənn olacaq
GADTB: Suriyadakı Türkmən Məclisi ötən günlərdə ölkə məktəblərində türk dilinin tədrisinin dayandırılmasına sərt reaksiya verib. Xəbərin yayılmasından sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriya rəsmiləri ilə məsələ ilə bağlı danışıqlar aparıb. Fidan bildirib ki, türk dilinin tədrisi dayandırılmayacaq və bu dil Suriya məktəblərinin tədris proqramına seçmə fənn kimi daxil …
Ətraflı oxu »
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi