Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Aylıq Arxivlər: Sentyabr 2026

Urmiya Üzüm Festivalında Azərbaycanın “Gəlin çıxartmaq” mərasimi nümayiş etdirilir-Video

GADTB: “Üzüm Festivalı”nın keçirilməsi çərçivəsində ənənəvi “Gəlin çıxartmaq” mərasiminin təşkil olunması ilə Azərbaycanın yerli mədəniyyəti və adət-ənənələrinin nümunələri nümayiş etdirilir. Festival sentyabrın 10-dan 20-dək hər gün saat 17:00-dan 24:00-dək keçirilir. Müxtəlif mədəni və incəsənət proqramlarının təqdim olunduğu festivalda çoxsaylı ziyarətçilərin iştirakı gözlənilir. Bu cür mərasimlərin keçirilməsi yerli adət-ənənələrin qorunması, Azərbaycanın …

Ətraflı oxu »

Güney Azərbaycanın Traxtur klubu ilk məğlubiyyətinə baxmayaraq liderliyini qoruyub

GADTB: Güney Azərbaycanın Traxtur klubu sentyabrın 10-da, İranın yüksək liqasının VII turunda “İstiqlal Xuzistan”a 0:1 hesabı ilə məğlub olaraq mövsümdə ilk məğlubiyyətini alıb. Qarşılaşma Tehrandakı Dəstgərdi stadionunda azarkeşlərin iştirakı olmadan keçirilib. Matçın yeganə qolunu 54-cü dəqiqədə Arif Rüstəmi vurub. Traxturun futbolçusu Şəhriyar Muğanlunun vurduğu iki qol isə ofsayd səbəbindən qeydə …

Ətraflı oxu »

Molla rejimi ballistik raketlərin istehsalını bərpa edib

GADTB: “The Wall Street Journal” cümə axşamı, sentyabrın 10-da, ABŞ və regional rəsmilərə istinadən məlumat yayıb ki, İran İslam Respublikası yeraltı obyektlərdə və əvvəldən ehtiyatda saxlanılan hissələrdən istifadə etməklə ballistik raketlərin istehsalını bərpa edib. Qəzet yazıb ki, müharibənin ilk mərhələsində İran İslam Respublikasının raket bazalarına və sənaye obyektlərinə endirilən ağır …

Ətraflı oxu »

Xalxal mədənlərinin fars rejimi tərəfindən talan edilməsinə başlanılıb

GADTB: Xalxal Sənaye, Mədən və Ticarət İdarəsinin rəhbəri Mustafa Lətifi Xalxal rayonunun Xoruş Rüstəm (Həştcin) bölməsinə daxil olan Qızılüzən çayının mədən zonasında özəl sektorun investisiyası ilə qızıl, mis və molibden metal yataqlarının kəşfiyyatına başlanıldığını açıqlayıb. Mustafa Lətifi jurnalistlərlə görüşündə bildirib ki, mədən zonasının yeddi nöqtəsində zəngin metal yataqlarının kəşfiyyatı və …

Ətraflı oxu »

Molla rejimi yetişdiryi Fatimiyun və Zeynəbiyun terrorçuları vasitəsilə bəluçları repressiya edir

GADTB: Fatimiyun və Zeynəbiyun terrorçularının İranda yerləşdirilməsi bəluç əhaliyə qarşı repressiya ilə bağlı narahatlıq yaradıb. “Haalvsh” xəbər kanalının məlumatına görə, SEPAH son aylarda Əfqanıstan və  Pakistan şiələrindən ibarət “Fatimiyun” və “Zeynəbiyun” qruplaşmalarını Sistan və Bəluçistanın bir çox şəhərlərində (Zahidan, Çabahar, İranşəhr və s.) yerləşdirib. Bu addım ehtimal olunan etirazların yatırılması …

Ətraflı oxu »

BMT Təhlükəsizlik Şurası İranın nüvə sanksiyalarının müzakirəsinə dair gündəliyi 11 səslə təsdiqləyib

GADTB: BMT Təhlükəsizlik Şurası sentyabrın 10-da keçirilən rəsmi iclasında İran İslam Respublikasının nüvə proqramı və 1737 saylı qətnamə ilə yaradılmış sanksiyalar komitəsi ilə bağlı gündəliyi səsə qoyub. Çin və Rusiyanın etirazları və gündəliyin səsə qoyulması tələbindən sonra iclasın gündəliyi 11 lehinə, 2 əleyhinə və 2 bitərəf səslə təsdiqlənib. Səsvermədən sonra …

Ətraflı oxu »

Qaradağ meşələrini molla rejimin mədənçilik fəaliyyəti məhv edir – Video

GADTB: Yayılan görüntülər bir ildən də az müddət ərzində Qaradağın meşələrinin və təbii ərazilərinin bir hissəsinin vəziyyətində ciddi dəyişiklik baş verdiyini göstərir. Görüntüləri yayımlayanların açıqlamalarında bu dəyişikliklər İranın Milli Mis Sənayesi Şirkəti ilə əlaqəli mədənçilik fəaliyyəti və aparılan əməliyyatlarla əlaqələndirilir. Qaradağın meşəlik ərazilərində mədənçilik fəaliyyətinin davam etdirilməsi, səmərəli nəzarətin həyata …

Ətraflı oxu »

ABŞ səfirliyi: Husilər Yəməni İran İslam Respublikası üçün bazaya çeviriblər

GADTB: ABŞ-ın Yəməndəki səfirliyi bildirib ki, husilər və onların İrandakı tərəfdarları hesablamalarında yanılıblar və Yəmənin qanuni hökumətinin, silahlı qüvvələrinin və xalqının husilərin hücumlarına və zorakılığına son qoymaq əzmini lazımınca qiymətləndirməyiblər. Səfirlik vurğulayıb ki, husilər Yəmən xalqına “əziyyətdən başqa heç nə” gətirməyib. Səfirliyin bildirdiyinə görə, İran İslam Respublikasının sənədlərlə təsdiqlənmiş dəstəyi …

Ətraflı oxu »

Molla rejimi Ermənistanla sərhəddə birgə azad iqtisadi zona yaratmağı təklif etdi

GADTB: İran Ermənistanla iki ölkənin sərhədi yaxınlığında birgə azad iqtisadi zona yaratmağı təklif edib. Təklif Araz Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Hadi Müqəddəmzadə tərəfindən İrəvanda keçirilən “Armenia Expo 2026” sərgisi çərçivəsində səsləndirilib. Müqəddəmzadənin sözlərinə görə, məsələ Ermənistan iqtisadiyyat nazirinin müavinlərindən biri ilə aparılan müzakirə zamanı …

Ətraflı oxu »

Azərbaycanın Traxtur komandası İran birincisi, Asiyanın beşinci, dünyanın 191-ci komandasıdır

GADTB: Güney Azərbaycanın “Traktur” futbol klubu “Football Database”in son klub reytinqində İran üzrə birinci, Asiyada beşinci, dünyada isə 191-ci yeri tutub. Traktur 1555 xalla İranın digər klublarını geridə qoyub. Xallar klubların rəsmi yarışlardakı nəticələri və performansı, turnirlərin səviyyəsi, eləcə də rəqiblərin nisbi gücü əsasında hesablanır. Belə ki, güclü komandalara qarşı …

Ətraflı oxu »