26 Azər münasibətilə Güney Azərbaycan şəhərlərində türk dilində kitablar paylanılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 1946-cı il 26 azər Güney Azərbaycanda türkcə kitabların irqçi fars rejimi tərəfindən yandırılması münasibətilə, dünən azər ayının 26-da (17 dekabr) Güney Azərbaycanın müxtəlif şəhərlərində azərbaycanlı fəallar tərəfindən əhliyə türkcə kitablar paylanılmışdır.

Azərbaycan türkləri Güney Azərbaycanın müxtəlif şəhərləri, o cümlədən Təbriz, Urmiya, Ərdəbil, Zəncan və s. şəhərlərdə simvolikm olaraq türkcə kitab paylama kampaniyasına qoşulmuşlar.

Qeyd ediək ki, son illə bu kapaniya hər il azərbaycanlı fəallar tərəfindən Güney Azərbaycanda keçirilir. Bu il azər ayının 21-də (12 dekabr) azərbaycanlı faəllar Urmiyada uşaq bağçalarında da türkcə kitablar paylamışdılar.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …

Bir cavab yazın