Çərşənbə , İyun 10 2026
azfa

300 milyon tümənlik mülki vəsiqəsi hazır olan Milad Hacılunu rejim zaminə buraxır

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Milad Hacılunun zaminə buraxılması üçün təyin edilən 300 milyon tümənlik mülki vəsiqəsinin hazır olmasına baxmayaraq irqçi fars rejiminin təhlükəsizlik orqanları azərbaycanlı milli-mədəni fəalı zaminə buraxır.

Qeyd edək ki, Xoy şəhərindən olan azərbaycanlı milli-mədəni fəal Milad Hacılu Məhəmməd Əbazəri ilə birlikdə yanvar ayının 9-da naməlum səbəblərə görə İran rejiminin təhlükəsizlik orqanları tərəfindən yaxalanmışdılar.

Hər iki azərbaycanlı milli-mədəni fəalın zaminə buraxılması üçün vəsiqə təyin edilmişdi. Məhəmməd Əbazərinin zaminə buraxılması üçün 200 milyon tümənlik, Milad Hacılunun isə zaminə buraxılması üçün 300 milyon tümənlik vəsiqə təyin edilmişdi. Məhəmməd Əbazəri vəsiqə qarşılığında müvəqqəti sərbəst buraxılmışdır.

Fəalların yaxınlarının dediyinə görə, onların həbsinin Xoy şəhərində son etiraz aksiyası ilə bağlı olması ehtimal edilir.

Həmçinin yoxlayın

Vaşinqton İrana qarşı dəniz mühasirəsini gücləndirir

GADTB: Fox News tərəfindən yayımlanan görüntülərə əsasən, ABŞ İrana qarşı tətbiq etdiyi dəniz mühasirəsini davam …

İranın son hücumları zamanı ABŞ bazaları və qüvvələri zərər görməyib

GADTB: Adı açıqlanmayan bir ABŞ rəsmisi Reuters agentliyinə bildirib ki, İranın raket və pilotsuz uçuş …

Bir cavab yazın