Çərşənbə , İyul 29 2026
azfa

6 azərbaycanlı məhbus Təbriz və Urmiya zindanına köçürüldü, 1 məhbusdan xəbər yox

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimi tərəfindən yaxalanan azərbaycanlı fəallar Məhərrəm Xoşnam (Vəlipur), Əbulfəzl Fəkuri, Qulamrza Rəşidi və Əkbər Əzizi rejimin Təbrizdə yerləşən zindanına köçürülüb. Həmçinin 2018-ci il dekabrın 10-da Urmiyada yaxalanan azərbaycanlı fəallar Rza Cəfərlu və Əkbər Quluzadənin isə rejimin Urmiyada yerləşən Mərkəzi Zindanına köçürülüblər.

adları çəkilən fəallar son bir ay ərzində rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq, naməlum istiqamətə aparılmışdılar. Təbriz sakimi Qulamrza Rəşidi oktyabrın 28-də, Əbülfəz Fəkuri oktyabrın 29-da və Məhərrəm Xoşnam noyabrın 10-da saxlanılıb.

Həmçinin 2018-ci il noyabrın 25-də Meşginşəhrdən olan azərbaycanlı fəal Kazım Səfabəxş Tehranda təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. Onun taleyindən hələlik heç bir məlumat yoxdur.

Azərbaycanın “Traxtur” futbol komandası tərəfdarlarının lideri olan Kazım Səfabəxş isə Tehranda yaxalanıb.

Həmçinin yoxlayın

Siyamək Mirzayinin həbs müddəti uzadılıb; girov qarşılığında azadlığa buraxılacağı ilə bağlı vəd yerinə yetirilməyib

GADTB: Siyamək Mirzayinin ailəsinə yaxın mənbələrdən daxil olan məlumata görə, azərbaycanlı fəal barəsində bir aylıq …

SEPAH xüsusi təyinatlı qüvvələri İranın qərb sərhədlərinə göndərib

GADTB: SEPAH-a bağlı media hesabı X sosial şəbəkəsində yayımladığı məlumatda bildirib ki, İraq ərazisindən silahlı …

Bir cavab yazın