Bazar ertəsi , Sentyabr 21 2026
azfa

60-dan çox təbrizli mədəni fəal Paşinyanın Tehranda Azərbaycanla bağlı təxribatını pisləyiblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən 60-dan çox təbrizli mədəni fəal Paşinyanın Tehranın Ararat İdman Kompleksində Azərbaycanla bağlı təxribatını bəyanat və müraciət yaymaqla pisləyiblər.

Bəyanatda ermənilərin bu hərəkətinin islam cümhuriyyətinin siyasəti və ölkə rəhbərinin mövqeyinə qarşı olduğu bildirilib.

Bəyanatı təbrizli jurnalistlər, aktyorlar, rəssamlar, yazıçı və şairlər və s. mədəni fəallar imzalayıblar. Bəyanatı imzalayanlar bu qərəzli hərəkəti kəskin şəkildə qınayaraq, İranın xarici işlər nazirindən səbəbkarların cəzalandırılmasını tələb ediblər.

Bəyanatın sonunda Dağlıq Qarabağın islam dünyasının ayrılmaz hissəsi kimi Azərbaycana aid olduğuna təkid edilib.

Mədəni fəallar həmçinin rejimin xarici işlər naziri Zərifə də məktub yazıblar.

Qeyd edək ki, Nikol Paşinyan Tehranda səfərdə olarkən “Ararat” klubunda erməni icması ilə də görüşündə  Azərbaycana qarşı təxribar törədib, “Qarabağ Ermənistandır, Son” şüarı yazılmış banner açıblar. Onlar həmçinin qondarma Qarabağ Respublikasının bayrağını qaldırıblar.

 

Həmçinin yoxlayın

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …

İran Araz Azad İqtisadi Zonasını əsas logistika mərkəzlərindən birinə çevirmək istəyir

GADTB: İran Araz Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Hadi Müqəddəmzadə …

Bir cavab yazın