Cümə , Oktyabr 16 2026
azfa

İran fitnədən əl çəkmir: Dahi Azərbaycan şairi Nizami ilə bağlı yeni fond yaradır

GADTB: İranın Ali Mədəni İnqilab Şurası prezident vəzifəsini icra edən Məhəmməd Moxberin imzası ilə “Nizami Gəncəvi Beynəlxalq Fondu”nun yaradılmasına dair qərarı təsdiqləyib.

Ali Mədəni İnqilab Şurasının katibi Əbdülhüseyn Xosrovpənah deyib: “Şuranın qərarı ilə Nizami Fondu İranın mədəni sərvətlərini qorumaq və fars dilini təbliğ etmək məqsədilə təsis edilib”.

Bildirilib ki, Şuranın 18 iyun tarixli 901-ci iclasının qərarına görə, Nizami Fondu fars dili və ədəbiyyatının qorunub inkişaf etdirilməsi, yayılması və İranın qədim mədəniyyəti, şəxsiyyətlərinin dünya səviyyəsində tanıtdırılması yönündəki fəaliyyətlərin təkmilləşdirilməsi üçün nəzərdə tutulub. (Gənc Reportyorlar Klubu)

Qeyd edək ki, daha öncə də İran hökuməti dahi Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı iddialar irəli sürüb, ancaq məşhur iranlı yazıçı-tarixçi Səid Nəfisi belə deyib ki, Nizamidən türk qoxusu gəlir, “Türk qoxusu gəlirsə, nə yapışmısınız Nizamidən?”/ Azad İran

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …