Bazar , Avqust 23 2026
azfa

Molla rejimi Güney Azərbaycanda Qurugöl gölünü də qurutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanda Qurugöl gölünü də qurutdu.

Təbriz-Ocan (Bostanabad) arasında, Təbrizin 30 kilometrliyində yerləşən və dünyanın təbiət abidələri siyahısına salınan Qurugöl molla rejimin yarıtmaz idarəçiliyi üzündən quruyub.

Gölə axan su qaynaqlarının istiqaməti dəyişdirildiyi, gölün illik su payının buraxılmamasına görə göl tamamilə məhv olmaq üzrədir.

Qeyd edək ki, Qurugöl İranda beynəlxalq qeydiyyatdan keçmiş və dünya səviyyəsində təbiət abidəsi kimi siyahıya alınmış 26 göldən biridir.

200 hektar sahəsi olan göl 260 adda müxtəlif bitki növünə malik olmaqla yanaşı, çox sayda yerli və köçəri quş növlərinin sığınacaq yeridir.

Həmçinin yoxlayın

Molla rejimi ordunun müdafiədən hücum doktrinasına keçdiyini bildirir

GADTB: İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəmian bildirib ki, Fars körfəzindəki son hərbi əməliyyatlardan …

Molla rejimi husilərə yeni hərbi və texniki dəstək göndərir

GADTB: “Şeba Kəşfiyyatı” İranın Yəməndə hərbi və texniki mövcudluğunu gücləndirdiyini açıqlayıb. Məlumata görə, “Əbu Mustafa” …