Çərşənbə , Avqust 26 2026
azfa

Pezeşkiana öz iradəsi ilə nazirləri təyin etməyə imkan verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Məsud Pezeşkian hökuməti qurulmaq və nazirləri təyin etməkdə çətinliklərlə qarşılaşır. Artıq o özü də bu məsələyə etiraf edir.

Eyni zamanda bu barədə məlumatların yayılmasından sonra Kordinasiya Şurasının üzvü İbrahim Fəyyaz Zahid məsələ ilə bağlı açıqlama verib.

Fəyyaz deyib: “Məsud Pezeşkian nazirlərin təyin edilməsi ilə bağlı Əli Xamənei, təhlükəsizlik qurumları və yüksək rütbəli dövlət adamları ilə məsləhətləşir”.

Zahidin sözlərinə görə, İsmayıl Haniyənin Tehranda öldürülməsi də Pezeşkianın Nazirlər Kabinetinin qurulmasına manelələr yaradıb.

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …