Cümə axşamı , May 7 2026
azfa

Molla rejimi Tehranda yaşayan tərcüməçiyə ağır həbs və cərimə cəzası verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi Ərdəbil bölgəsindən olan və Tehranda yaşayan azərbaycanlı gənc tərcüməçi və media fəalı Hüseyn Şənbəzadəni ümumilikdə 12 il həbs və 50 milyon tümən cərimə cəzasına məhkum edib.

Molla rejimi azərbaycanlı gənci “İsrailin xeyrinə təbliğat aparmaq” ittihamı ilə 5 il, “müqəddəsləri təhqir etmək” ittihamı ilə 4 il, “dövlət quruluşu əleyhinə təbliğat aparmaq” ittihamı ilə bir il və “sosial şəbəkələrdə yalan məlumatlar paylaşmaq” ittihamı ilə isə iki il həbs və 50 milyon tümən cərimə cəzası verib.

Qeyd edək ki, Hüseyn Şənbəzadə iyun ayında Ərdəbilə səfəri zamanı “Mossada casusluq”da günahlandırılaraq həbs edilmişdi.

Həmçinin yoxlayın

Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb

GADTB: Türkiyənin müdafiə şirkəti Samsun Yurt Savunma (SYS) helikopterlərdən pilotsuz uçuş aparatlarını (PUA) və dronları …

İraq Türkiyədən hava hücumundan müdafiə sistemləri alır

GADTB: İraq neft yataqları və diplomatik nümayəndəlikləri qorumaq məqsədilə Türkiyədən 20 ədəd hava hücumundan müdafiə …