GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları tərəfindən Ərdəbildəki şəxsi mənzilində həbs edilən keçmiş siyasi məbhus Abbas Lisani, iki illik sürgün cəzasını çəkmək üçün məcburi şəkildə Yəzd şəhərinə sürgün edilib.
Azərbaycanlı fəalın ailəsinin məlumatına görə, milli hərəkat fəalı Yəzd şəhərinin ETTELAATidarəsinə aparılaraq, orada hədələnib.
Abbas bəy sürgün cəzasına tabe olmayacağı təqdirdə barəsində daha ağır cəza tədbirləri görüləcəyi, cəza müddətinin artırılacağı ilə hədələnib.
Abbas Lisani isə barəsində çıxarılan zalim və qanunsuz sürgün cəzası qərarına tabe olmayacağını bildirib.
Azərbaycanlı milli fəalının ailəsinin verdiyi məlumata görə, o, ETTELAAT idarəsindən buraxıldıqdan sonra, vətənə geri qayıtmaq üçün Yəzd şəhərinin avtovağzalına yollanıb.
Qeyd edək ki, 31 avqust 2024-cü il tarixində, ETTELAAT və polis qüvvələri keçmiş siyasi məhbus və milli hərəkatın tanınmış fəalı Abbas Lisaninin Ərdəbil şəhərindəki evinə hücum edib və fəalı həbs ediblər.
Həbsdən sonra ETTELAAT qüvvələri Lisaninin evində axtarış aparıb, ona məxsus şəxsi əşyaları, o cümlədən evin təhlükəsizlik kameralarının DVR cihazını müsadirə ediblər.
Abbas Lisani, bundan əvvəl 5 avqust 2024-cü ildə sürgün cəzası ilə bağlı məhkəmənin göndərdiyi çağırışı qanunsuz adlandıraraq ona məhəl qoymayıb.
Qeyd edək ki, Abbas Lisani, 21 fevral 2023-cü il tarixində 4 il 2 aylıq həbs cəzasını çəkdikdən sonra, “ümumi amnistiya və cəzaların azaldılması” haqqında fərman əsasında Ərdəbil həbsxanasından azad edilib.
Keçmiş siyasi məhbus məcburi sürgün cəzasını çəkmək üçün Yəzd şəhərinə göndərilsə də, o, Yəzd şəhərinə çatdıqdan sonra bu cəzanı qanunsuz adlandıraraq Ərdəbilə qayıdıb.
Məhkəmə qərarları ilə bağlı işin vəkili Seyid Məhəmmədrza Fəqihi bildirib ki, əgər cənab Lisani ümumi amnistiya ilə azad edilibsə, Yəzd şəhərindəki məcburi sürgün cəzası da həmin amnistiyaya daxil olmalı idi.
Bu səbəbdən, milli fəalın azadlığa buraxıldıqdan sonra Yəzd şəhərinə köçürülməsi və cəzasının artırılmasının hüquqi əsası yoxdur.
Vaxtilə İranın Yəzd şəhərinə sürgün edilmiş Abbas Lisani ailəsi ilə qısa telefon danışığı zamanı məcburi sürgün məhkumluğuna olmayacaq və öz doğma diyarına qayıdacağını bildirmişdi.
Lisani ailəsinə bildirmişdi ki, Yəzdə çatdırıldıqdan sonra məhkəməyə köçürülüb və məhkəmədə bildirib ki, Yəzdə qalmaq onun sağlıq durumuna kompensasiya olunmaz xəsarət yetirə bilər. Lakin hakim bildirib ki, onun qərarı dəyişmək ixtiyarı yoxdur və əsas qərarı İranın ETTELAAT İdarəsi verir. Ona görə də məni ETTELAAT-a qaytardılar. Orada isə hər gün həmin orqana müraciət edin barmaq izi verməklə sərbəst buraxılıb. ETTELAAT İdarəsindən çıxandan sonra isə Yəzdim Avtovağzalına gedərək Ərdəbilə hərəkət etmək istədiyini bildirmişdi.
Abbas Lisani bundan əvvəl tibbi məzuniyyət zamanı Təbrizdə müalicə olunduğunu və bir neçə xəstəlikdən əziyyət çəkdiyi halda 1200 kilometrlik məsafəni qət etməyin onun üçün çətin olduğunu söyləmişdi.