Şənbə , Oktyabr 17 2026
azfa

Qazaxın azad edilmiş kəndlərinə əhalinin köçürülməsinə hazırlıq gedir – Video

GADTB: Qazaxın işğaldan azad edilən dörd kəndində – Azərbaycanla Ermənistan arasındakı sərhəd xəttində mühəndis-texniki işlər yekunlaşıb. Kəndlərə doğma sakinlərin köçməsi üçün hazırlıq işləri görülür.

Sərhədin Azərbaycan hissəsində işlər başa çatıb.

Sərhəd xidmətinin təşkili üçün hər iki tərəfdə mühəndis-texniki qurğular quraşdırılıb.

Ermənistan tərəfinin xidmət postları isə düz kəndlərin yaxınlığında qurulub.

Xeyrimli kəndi ilə Ermənistan arasında sərhəd xətti müəyyənləşdirilib. Ermənistan tərəfindən sərhəddə tikanlı məftillər çəkilib. Qeyd edək ki, kənd Azərbaycana təhvil verilərkən ən çox etirazını bildirən məhz qarşı kəndin sakinləri olub. Hətta onların 12 obyekti sökülüb və ərazi Azərbaycana verilib. Bu istiqamətdə dövlət sərhəd xəttinin yaşayış massivlərinə yaxın olması ilə qarşıdakı Kirants kəndinin sakinlərinin gündəlik fəaliyyətini görmək mümkündür.

Azərbaycanlılara qarşı ən ağır faciələrin yaşandığı Bağanis Ayrım kəndindən isə sadəcə xarabalıqlar qalıb. Ermənistanın əsas tranzit yollarından biri məhz bu kəndin yaxınlığından keçir.

Ətraflı videoda:

Həmçinin yoxlayın

Tanınmış Azərbaycan şairi, “Ayrılmaz” təxəllüslü Yaqub Əhmədvənd vəfat edib

GADTB: “Ayrılmaz” təxəllüsü ilə tanınan, müasir Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən Yaqub Əhmədvənd bir müddət xəstəlikdən …

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …