Ərdəbildə yeni təhsil ili ilə bağlı Azərbaycan türkcəsində kitablar paylanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yeni təhsil ilinin başlanması ilə bağlı Ərdəbildə bir qrup azərbaycanlı fəal Ərdəbil məktəblərində uşaqlara yüzlərlə Azərbaycan türkcəsində kitab paylayıblar.

Azərbaycanlı fəallar bu vasitə ilə ölkənin təhsil sistemində fars dilin hakim olmasına etiraz ediblər.

Azərbaycanlı fəallar Ərdəbil bölgəsində ümumiyyətlə yeni təhsil ilinin başlanması münasibəti yzlərlə türkcə kitablar paylamaqla irqçi fars-molla rejimin assimilyasiya siyasətinə öz etirazlarını bildirib, azərbaycanlı uşaqları öz dillərini öyrənməyə çağırıblar.

Qeyd edək ki, hər il həm yeni təhsil ilinin başlanması, həm də 26 Azərdə Azərbaycan türkcəsində kitablar fars şovinistləri tərəfindən yandırılması münasibətilə Güney Azərbaycanda azərbaycanlı fəallar türkcə kitablar paylayırlar.

https://t.me/GADTB1/37510

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru Əcəbşirdə həbs edərək Marağa həbsxanasına köçürüb

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru fərvərdinin 29-da ona qarşı irəli sürülən ittihamlar …