Çərşənbə axşamı , Sentyabr 8 2026
azfa

Güney Azərbaycanda fəalların Azərbaycan türkcəsində kitablar paylamağı davam edir

GADTB: Yeni tədris ilinin başladığı bir vaxtda bir qrup azərbaycanlı milli fəal Ərdəbil şəhərində məktəblilərə Azərbaycan türkcəsində yüzlərlə kitab hədiyyə edirlər.

Bu aksiya ilə milli fəallar İranda Azərbaycan türklərinə ana dilində təhsil almalarına icazə verilmədiyi üçün etirazlarını bildiriblər.

Azərbaycanlı fəallar Ərdəbil bölgəsində ümumiyyətlə yeni təhsil ilinin başlanması münasibəti yzlərlə türkcə kitablar paylamaqla irqçi fars-molla rejimin assimilyasiya siyasətinə öz etirazlarını bildirib, azərbaycanlı uşaqları öz dillərini öyrənməyə çağırıblar.

Qeyd edək ki, hər il həm yeni təhsil ilinin başlanması, həm də 26 Azərdə Azərbaycan türkcəsində kitablar fars şovinistləri tərəfindən yandırılması münasibətilə Güney Azərbaycanda azərbaycanlı fəallar türkcə kitablar paylayırlar.

https://t.me/GADTB1/37552

Həmçinin yoxlayın

ABŞ Maliyyə Nazirliyi bir sıra İran aviaşirkətlərinə sanksiya tətbiq edib

GADTB: ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sentyabrın 8-i, çərşənbə axşamı, İrana dair …

Qərbi Azərbaycanda tibb işçiləri etiraz olaraq valiyə açıq məktubla müraciət ediblər

GADTB: Qərbi Azərbaycan əyalətində tibb işçilərinin gecikdirilmiş əmək haqlarının ödəniləcəyi barədə vədlər yerinə yetirilmir. Bu …