Bazar , Sentyabr 20 2026
azfa

İranla Ermənistana Araz çayı üzərindən ikinci körpünü tikmək istəyir

GADTB: Ermənistan və İran Araz çayı üzərindən ikinci körpünün tikintisinin texniki aspektlərini müzakirə etməkdə davam edir.

Bu barədə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidmətindən “Sputnik Ermənistan”a bildiriblər.

“Ermənistan və İran arasında Araz çayı üzərində ikinci körpünün tikintisi ilə bağlı texniki məsələlər müzakirə olunur”, – nazirlik qeyd edib.

May ayında bu layihənin həyata keçirilməsi üçün işçi qrupunun yaradılması barədə məlumat verilmişdi. Xatırladaq ki, Araz üzərində yeni körpünün planlaşdırılması üzrə işlərə 2023-cü ilin sonunda başlanılıb. İrəvanda onun 1995-ci ildə tikilmiş mövcud körpü ilə paralel tikintisinin mümkünlüyünü istisna etmirlər.

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …