Bazar , Oktyabr 18 2026
azfa

İranın nüvə obyektlərinə kiber hücumlar baş verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın müxtəlif dövlət qurumları və təsistlarına, o cümlədən, nüvə obyektlərinə qarşı geniş kiberhücumlar həyata keçirilib.

“Əl-Ərəbiyyə”nin bildirdiyinə görə, hücumlar bundan əvvəl dövlət qurumlarına keçirilən hücumlarla müqayisədə daha geniş və əhatəlidir.

Qeyri-rəsmi məlumatlara görə, hücumlar İsrail hakerləri tərəfindən edilib.

Bunun İsrailin İranın raket hücumlarına cavab zərbələri öncəsi dövlət qurumları və nüvə obyektlərinin müdafiə sistemlərinin zəiflədilməsi məqsədilə həyata keçirildiyi ehtimal olunur.

İranın rəsmi mediası məsələ ilə bağlı hər hansı məlumat yaymayıb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …