Çərşənbə , Avqust 19 2026
azfa

Güney Azərbaycan şəhərlərində təqaüdçülər yenidən etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya, Zəncan, Ərdəbil və Təbriz şəhərlərində İran Telekommunikasiya Şirkətinin təqaüdçüləri yenidən etiraz aksiyası keçiriblər.

Azad İçilər Birliyinin yaydığı məlumata görə, təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.

Qeyd edək ki, təqaüdçülərin 3 ilə yaxındır eyni tələblərlə etiraz aksiyaları keçirsələr də, problemləri həll edilməyib.

Həmçinin yoxlayın

Molla rejimin yetişdirdiyi husi terrorçuları 50-yə yaxın gəminin Səudiyyə Ərəbistanına giriş-çıxışının qarşısını alıb

GADTB: İrqçi fars-molla rejimin yetişdirdiyi husi terrorçuları Səudiyyə Ərəbistanına qarşı tətbiq etdikləri blokada çərçivəsində 8 …

NATO-dan İranın Bolqarıstan və Kipri hədəfə alma ehtimalına reaksiya

GADTB: İran hökumətinin ABŞ-la qarşıdurmanın daha da kəskinləşəcəyi təqdirdə Bolqarıstan və Kiprdəki hədəflərə zərbə endirmək …