Cümə axşamı , İyul 9 2026
azfa

Yusuf Kari işgəncələrə məruz qaldıqdan sonra həbs edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları azərbaycanlı fəal Yusif Karini tutub, işgəncə etdikdən sonra onu həbs ediblər.

Azərbaycan Milli Hərəkatının fəalı Yusif Kari molla rejimin qüvvələri tərəfindən həbs edildikdən sonra Ərdəbil şəhərinin 14-cü polis bölməsinə aparılıb və orada olan polis qüvvələri tərəfindən döyülərək işgəncəyə məruz qalıb.

Azərbaycanlı milli fəal Ərdəbil şəhər prokurorluğunun həyətində uzun müddət divara bağlanmış halda saxlanılıb. Bundan sonra Yusif Kari döyülüb və ona qarşı gözyaşardıcı qazdan istifadə edilib.

Daha sonra isə fəalın aldığı xəsarətlər səbəbindən Ərdəbilin Mərkəzi Xəstəxanasına köçürüldüyü bildirilib.

Qeyd edək ki, azərbaycanlı milli fəal Yusif Kari milli-mədəni fəaliyyətlərinə görə bundan öncə də həbs və təzyiqlərlə qarşılaşıb.

O, 2 il həbs cəzasını çəkib azadlığa buraxılandan sonra, onun əmək fəaliyyətinə rejim tərəfindən çətinliklər törədilib. Ona görə də o son zamanlar satıcılıq etməklə məşğul olurdu.

https://t.me/GADTB1/38248

Həmçinin yoxlayın

ABŞ hücumundan sonra Tehran–Məşhəd dəmir yolu xətti bağlandı

GADTB: ABŞ-nin gecə saatlarında endirdiyi zərbələrdən sonra Tehran-Məşhəd şəhərləri arasında sərnişin qatarlarının hərəkəti dayandırılıb. Məlumata …

ABŞ-ın son iki gündəki hücumları nəticəsində 14 nəfər həlak olub

GADTB: İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri bildirib ki, ABŞ-ın son iki gün ərzində …