Molla rejimin həbs etdiyi azərbaycanlı öyrənci fəalı təkadamlıq kamerada döyülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin Təbriz zindanında həbsdə saxladığı Tələbə Hərəkatı fəalı Armita Pavir köçürüldüyü təkadamlıq kamerada həbsxananın təhlükəsizlik işçilərinin hücumuna məruz qalıb.

Bununla bağlı, azərbaycanlı öyrəncinin vəkili Qasım Bodi xəbər verib.

Bodinin sözlərinə görə, hücum nəticəsində Armita Pavir baş və boyun hissələrindən zərbə alıb.

Qeyd edək ki, Armita Pavir sonuncu dəfə  2023-cü il sentyabrın 21-də tutulub, o, “rəhbəri (Xameneyini) təhqir etmək” və “dövlət quruluşuna qarşı təbliğat aparmaq” və “Şərqi Azərbaycan Şəhid Mədəni Universiteti öyrəncilərinin etiraz aksiyasında iştirak etmək” ittihamına görə 22 ay 17 gün müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …