Çərşənbə axşamı , Noyabr 26 2024
azfa

Azərbaycan Ermənistandan 1 trilyon dollar xəsarət tələb edir

GADTB: Ermənistanın torpaqlarımızı 30 illik işğal altında saxladığı dövr ərzində Azərbaycana ciddi formada maddi zərər dəyib. Rəsmi Bakı beynəlxalq məhkəmələrdə dəymiş zərərə görə kompensasiya tələb edə bilər.

Erməni mediasının məlumatına görə, Azərbaycan Ermənistandan bir trilyon dollar tələb etmək niyyətindədir. “Lusavor Ermənistan” partiyasının sədri Edmon Marukyan rəsmi Bakının artıq müvafiq sənədləri hazırladığını və yejun hesablamaları başa çatdırdığını bildirib.

Azərbaycan Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Ermənistan tərəfindən vurulan ziyanın qiymətləndirilməsinə Azərbaycan beynəlxalq ekspertləri cəlb edib:

“Beynəlxalq prinsiplərə əsasən hesabat hazırlandı. Həmin hesabat əsasında Azərbaycan beynəlxalq məhkəməyə müraciət edərək Ermənistanın vurduğu ziyana görə təzminat ödəməsini tələb edir. Bu, Azərbaycanın suveren hüququdur. Beynəlxalq konvensiyalar Azəərbaycana belə bir hüquq təqidm edir. Nəzərə alsaq ki, enerji resurslarından qanunsuz olaraq istifadə olunması, ölkəmizin həmin potensialının məhv edilməsi istiqamətində Ermənistanın 30 illik işğal müddətində apardığı siyasət iqtisadiyyatımıza, potensiallarımızdan suveren istifadəmizə ziyan vurub. Təzminatın məbləği beynəlxalq ekspertlər tərəfindən qiymətləndirilib. Bu zaman Dünya Bankının metodologiyasından, eləcə də beynəxlaq qiymətləndirmə tətbiq edilən digər üsullardan istifadə olunub”.

Deputat qeyd edib ki, təzminatın məbləği ilə rəsmi açıqlama yoxdur:

“Sözsüz ki, məhkəmə prosesində təzminatla bağlı məbləğində müzakirə ediləcəyi, sözsüz ki, digər yandan Ermənistan tərəfi əsasları olmasa da, kont-arqumentlərlə çıxış etməyə çalışacaq. Lakin həqiqət ondan ibarətdir ki, dəyən ziyanın məbləği həddən artıq böyükdür. 30 illik işğal müddətində yalnız enerji resurslarından suveren hüququmuza qarşı Ermənistan tərəfindən belə addım atılmayıb. Eyni zamanda həmin ərazilərdə ekosid törədilib. Faktiki olaraq həmin əraziləriimz Ermənistan tərəfindən dağıdılaraq,xarabalığa çevrilib. Azərbaycan suveren hüququndan istifadə etməklə həmən ziyana görə Ermənistandan təzminat tələb etmək hüququna malikdir”.

Həmçinin yoxlayın

Hindistan Ermənistana “Pinaka” silah sistemləri tədarükünə başlayıb

GADTB: Hindistanın müdafiə mənbələri “Pinaka” reaktiv yaylım atəş sistemlərinin ilk partiyasının Ermənistana göndərildiyini açıqlayıb. Hindistan …

Türk Dünyası Xartiyası

GADTB: Ortaq tarix, ortaq ədəbiyyat, ortaq mədəniyyət. Türk Dünyası Türk Dövlətləri Təşkilatı ilə gücünü artırır. …